06 November 2026
SOCAR ABŞ-də qaz layihələrinə 1,65 milyard dollar yatırır, idarəetmə hüququ olmayacaq
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ABŞ-nin “Comstock Resources” şirkəti ilə 1,65 milyard dollar dəyərində qaz hasilatı və nəqli aktivlərinin alınmasına dair yekun müqavilə imzalayıb. Razılaşmaya əsasən, SOCAR bir neçə layihədə pay sahibi olsa da, onların idarə edilməsində iştirak etməyəcək.
Müqavilə noyabrın 4-də imzalanıb. Bu barədə “Comstock Resources” şirkətinin açıqlamasında məlumat verilib.
İran HDQ: Son sutka ərzində Hörmüzdə marşrut qaydalarını pozan 5 tanker yanıb
İran Hərbi Dəniz Qüvvələri (HDQ) Hörmüz boğazından keçən 2 tankerin minaya düşərək partlaması barədə məlumat verib.
Bu barədə "Əl-Cəzirə" məlumat yayıb.
Bildirilib ki, tankerlər marşrut üzrə hərəkət qaydalarını pozub və İran hakimiyyətinin xəbərdarlıqlarına məhəl qoymayıblar.
Ayzenkot İsrailin Baş naziri postuna namizəd kimi deputatların əksəriyyətinin dəstəyini qazanıb
İsraildə müxalif “Yaşar” partiyasının lideri Qadi Ayzenkot İsrailin baş naziri postuna namizəd kimi parlament partiyalarının əksəriyyətinin dəstəyini qazanıb.
Bu barədə prezident administrasiyası məlumat yayıb.
Məlumata görə, yeni çağırış Knessetin 120 deputatından 67-si onun namizədliyini dəstəkləyib.
Bu, deputatların ölkə Prezidenti İsxak Hersoqla keçirdiyi məsləhətləşmələr zamanı baş verib.
Jurnalistikadan zurnalistikaya düşən mediamız: fiziki zorakılıq həyəcan təbili çalır
Əli Kərimli 2026-cı il beynəlxalq Maqnitski mükafatına layiq görülüb
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimli 2026-cı il beynəlxalq Maqnitski mükafatına layiq görülüb.
Bu barədə mükafatın təşkilatçıları rəsmi saytlarında məlumat yayıblar. Bildirilib ki, Əli Kərimli demokratiya və insan hüquqları uğrunda uzunmüddətli fəaliyyətinə görə “Görkəmli müxalifət siyasətçisi” nominasiyası üzrə qalib elan edilib.
Prokuror Bəşir Süleymanlının 9 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib
Vətəndaş Hüquqları İnstitutunun rəhbəri, “QHT işi” üzrə təqsirləndirilən Bəşir Süleymanlının işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Noyabrın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror Bəşir Süleymanlının 3 il vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib.
SEPAH: Qeşm adasında ABŞ PUA-sı ələ keçirilib
ABŞ-yə məxsus pilotsuz uçuş aparatı (PUA) İranın Qeşm adasının səmasında ələ keçirilib.
Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) istinadən "Tasnim" məlumat yayıb.
"Bir neçə an əvvəl MQM-170 tipli beşinci Amerika kəşfiyyat PUA-sı Qeşm adasının səmasında SEPAH-ın Aerokosmik Qüvvələrinin qabaqcıl elektron müharibə sistemlərinin fəaliyyəti ilə yerə endirilib", - məlumatda bildirilib.
Türkiyə parlamenti Məkkə Sazişini təsdiqlədi
Türkiyə Böyük Millət Məclisi Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında bağlanmış Məkkə Qarşılıqlı Müdafiə Sazişini təsdiqləyib.
Türkiyə mətbuatı xəbər verir ki, 600 nəfərlik qanunvericilik məclisi üzvlərinin əksəriyyəti sənədin təsdiqini dəstəkləyib. Sənədin lehinə 279 millət vəkili, əleyhinə isə 119 millət vəkili səs verib.
Məkkə Sazişlərini təsdiq edən qanun layihəsi Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən parlamentə təqdim edilib.
Məktəbdə baş verən faciə, Hallowen bayramı, Valideynlərin həbsi! Hacı Elgün Axund - VİDEO
Ofisi Ayətullah Üzma Vəhid Xorasaninin ölüm xəbərləri təkzib edib
Şiə dünyasının aparıcı təqlid müctəhidlərindən biri olan Ayətullah Üzma Vəhid Xorasaninin ölüm xəbərləri onun ofisi tərəfindən təkzib edilib.
Ayətullah Vəhid Xorasaninin ofisinin açıqlamasında onun ölüm xəbərinin yalan olduğu və müalicəsinin davam etdiyi bildirilib.
Bəyanatda həmçinin dindarlardan Ayətullah Xorasaninin sağalması üçün dua etmələri xahiş olunub.
"Seltik" - "Beşiktaş" matçında 5 qol vuruldu
UEFA Avropa Liqasının əsas mərhələsində IV turun növbəti oyunları keçirilib.
"Unikal" xəbər verir ki, Türkiyənin turnirdəki yeganə təmsilçisi "Beşiktaş" Şotlandiyada "Seltik"in qonağı olub.
UEFA Avropa Liqası
Liqa mərhələsi
IV tur
"Milan" (İtaliya) - "Ferentsvaroş" (Macarıstan) 0:2
İsrail 10 gündə 4 seçkidə uduzdu! Müttəfiqləri bir-bir gedir
İsrail mediası yazıb ki, son 10 gündə Serbiya, Braziliya, İsrail və ABŞ-da keçirilən seçkilər Təl-Əviv administrasiyasını siyasi və diplomatik cəhətdən çətin vəziyyətə salıb.
"Jerusalem Post" qəzetində "İsrail iki həftədən az müddətdə 4 Seçkidə Necə Uduzdu?" başlığı altında dərc olunmuş təhlildə deyilir ki, bu məğlubiyyətlər seriyası Serbiyada 25 oktyabrda başlayıb.
Rusiya və İran Azərbaycan sərhədinə çatacaq Rəşt-Astara dəmir yolu üçün torpaq sənədlərini imzalayıb
Tehranda Rəşt-Astara dəmir yolu xətti üzrə sənədlər imzalanıb. Rusiyanın Baş nazirinin müavini Andrey Nikitin jurnalistlərə deyib ki, Rusiyanın “Kaspian Servisez” təşkilatı və İranın CDTIC şirkəti trasın bütün uzunluğunda torpaq sahələrinə giriş barədə protokola və müqaviləyə əlavə razılaşmaya imza atıblar.
Zelenski: ABŞ Ukraynaya 16 milyard dollarlıq yardımı dayandırıb
Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-ın əvvəlki razılaşmalar çərçivəsində Kiyevə ayırmalı olduğu 16 milyard dollar məbləğində yardımı dayandırdığını bildirib.
Zelenski bu barədə “TSN” telekanalına müsahibəsi zamanı danışıb.
O bildirib ki, Ukrayna əvvəlki razılaşmalar və qərarlar əsasında nəzərdə tutulan vəsaitin alınması üçün mübarizə aparmalıdır.













