30 June 2026

Paşinyandan İsrailin qərarına gözlənilməz reaksiya: "Bu, bizim marağımıza deyil"

"Bu məsələnin bir silah kimi istifadə edilməsi prosesinə daxil olmamağın Ermənistanın maraqlarına uyğun olduğuna inanırıq".

Ermənistanın Baş naziri Nikol Paşinyan rəhbərlik etdiyi partiyasının iclasından sonra İsrail hökumətinin qəbul etdiyi qərarla bağlı sualı cavablandırarkən belə deyib.

İranın Doha səfəri ilə bağlı açıqlama yaydı: ABŞ ilə görüş gündəmdə deyil

Tehran, Anlaşma Memorandumunun icrasını müzakirə etmək üçün nümayəndə heyətinin Dohaya gedəcəyini təsdiqlədi. Vaşinqtondan danışıqların vaxtı və xarakteri ilə bağlı ziddiyyətli mesajlar gəlməkdədir. Bazar ertəsi axşamı verlən açıqlamada İran bildirib ki, ekspert heyəti bu ayın əvvəlində ABŞ ilə imzalanmış Anlaşma Memorandumunun icrasını müzakirə etmək üçün "bu həftə" Dohaya gedəcək. Lakin Tehran səfərin Vaşinqtonla danışıqlar demək olmayacağını vurğulayıb.

Ukraynanın Rusiyaya intensiv hücumları ölkədə yanacaq problemlərini artırıb

Rusiya prezidenti Vladimir Putin Ukraynanın ölkəsinin neft emalı zavodlarına hücumlarının "problemlər yaratdığını" etiraf edib.

O, bunu iyunun 28-də Rusiya dövlət televiziyasına müsahibəsində deyib.

Putin hücumlardan sonra Rusiyada "müəyyən səviyyədə yanacaq çatışmazlığının olduğunu" deyib, lakin əlavə edib ki, bu, "kritik həddə deyil".

200 min uşaq Quran öyrənəcək

İordaniyada məktəblilər yay tətilindən maksimum faydalanaraq Qurani-Kərimi əzbərləyə və İslam dəyərlərini öyrənə bilərlər.

Ölkədə oğlanlar, həm də qızlar üçün ödənişsiz yay Quran tədris mərkəzlərini fəaliyyətə başlayıb.

“Müqəddəs Quran yalnız əzbərləmək və oxumaqla məhdudlaşmır, o, həm də yer üzünü abadlaşdıran və onu qoruyan saleh insanların yetişdirilməsinə çağırır”, – deyə proqram çərçivəsində qeyd edilib.

DÇ-2026: Paraqvay 1/8 finala yüksəlib

2026-cı il dünya çempionatında 1/16 final mərhələsinin növbəti oyunu keçirilib. Pley-off mərhələsində Almaniya və Paraqvay milliləri üz-üzə gəlib. Görüş Bakı vaxtı ilə saat 00:30-da başlayıb.

Oyuna almanlar daha fəal başlasalar da hesabı Paraqvay millisi açıb. 42-ci dəqiqədə Xulio Ensiso başla dəqiq oynayıb: 1:0. İlk hissədə qapılara başqa qol vurulmayıb.

Fələstin “erməni soyqırımı”nı tanıyıbmı?

- Fələstin və İsrail arasında hərbi vəziyyətin oktyabrın 7-dən gərginləşməsindən sonra Fələstin-Ermənistan münasibətləri mövzusu sosial şəbəkələrdə yenidən aktuallaşıb. Məsələn, 94 mindən çox izləyicisi olan “qloball_xeber” adlı instagram hesabında paylaşılan məlumata görə, Fələstinin keçmiş lideri Yasir Ərəfat “Erməni xalqı Qarabağda haqq savaşı aparır. Onlar da bizim kimi əzilmiş xalqdır. Ona görə də biz bu savaşda erməni xalqının yanındayıq” deyib.