İranın imam-cümələri: Regionda yeni geosiyasi mərhələ başlayıb
İranın Qum və Tehran şəhərlərinin imam-cümələri son çıxışlarında regionda dəyişən geosiyasi reallıqlara və ölkə daxilində milli birliyin qorunmasının vacibliyinə diqqət çəkiblər.
İranın Qum və Tehran şəhərlərinin imam-cümələri son çıxışlarında regionda dəyişən geosiyasi reallıqlara və ölkə daxilində milli birliyin qorunmasının vacibliyinə diqqət çəkiblər.
Aprelin 30-da 17 saylı Cəzaçəkmə Müəssisəsində məhbuslara qarşı işçilər tərəfindən zorakılıq edildiyi bildirilir.
Bu barədə jurnalist Arzu Abdulla həmin müəssisədə saxlanılan bəzi məhbusların yaxınlarına istinadən məlumat yayıb.
Mayın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Meydan TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib.
"Meydan TV"-nin xəbərinə görə, hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən jurnalistlər 3 May Ümumdünya Mətbuat Azadlığı Günü ilə əlaqədar aksiya keçiriblər.
Bakıda təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası ikinci yoldaşlıq oyununu keçirib.
Komanda yenə Belarus millisi ilə qarşılaşıb.
Su İdmanı Sarayında təşkil olunan görüş millimizin 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları Ramil Əliyev, İsa Zeynallı, Bayram Bayramlı və Sahib Məmmədov vurublar.
Milli Məclis Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlıq əlaqələrini dayandırıb. Bununla bağlı qərar parlamentin bu gün keçirilən plenar iclasında qəbul edilib.
Həbsdə olan jurnalist Polad Aslanovun saxlandığı 15 saylı Cəzaçəkmə Müəssisəsində cərimə kamerasına (‘kars’) salındığı bildirilir.
Bu barədə “Toplum TV”-yə jurnalistin həyat yoldaşı Gülmirə Aslanova məlumat verib.
Onun sözlərinə görə, aprelin 29-da Polad Aslanova digər məhbus tərəfindən hücum edilməsi barədə məlumat əldə edib:
Həyat hekayəsini dinlədikcə insanın nə qədər çətinliklərə, zülm və işgəncələrə dözüm göstərə bilməsi insanda təəccüb yaratmaya bilmir. Bütün fiziki işgəncələrlə yanaşı ailəsini, övladlarını görmədən doqquz il bağlı qapılar arxasında yaşadığı acı isə sözlə ifadə olunan deyil.
İspaniya Sumud donanmasının gəmilərinin ələ keçirilməsinə görə İsrailə etirazını bildirib.
"Qlobal Sumud Donanması"nın gəmilərinin ələ keçirilməsi ilə əlaqədar İsrailin Madriddəki müvəqqəti işlər vəkili İspaniyanın Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
İspaniya XİN-in bəyanatına istinadən xəbər verir.
İsrail ordusu Hizbullahın şimal sərhədindəki Şomera yaxınlığındakı hərbi mövqeyə pilotsuz təyyarə hücumu etdiyini açıqlayıb.
Bəyanatda Hizbullahın hücumu nəticəsində 12 İsrail əsgərinin yaralandığı bildirilir.
Livandan atılan pilotsuz təyyarənin zirehli yük daşıyıcısına dəydiyi və nəqliyyat vasitəsinin alovlandığı bildirilən açıqlamada, ərazidəki bəzi artilleriya mərmilərinin partladığı da qeyd edilib.
İran rəsmiləri Hörmüz boğazını bağlı saxlamağa davam edərkən, Yəmənin Ənsarullah Hərəkatının da Bab əl-Məndəb boğazını nəqliyyat üçün bağlayacağı açıqlanıb.
İranlı millət vəkili və İran Parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Əli Həzrian Yəmən Silahlı Qüvvələrinin bu yaxınlarda Bab əl-Məndəb boğazını bağlamaq üçün təlimlər keçirdiyini və onun bağlanması üçün hazırlıqların başa çatdığını bildirib.
İranın paytaxtı Tehranda hava hücumundan müdafiə sistemləri işə düşüb.
Bu barədə "Mehr" agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, HHM sistemlərinin fəaliyyəti Tehranın qərb, mərkəz və cənub-şərq rayonlarında müşahidə olunur.
Avropa Şurası Parlament Assambleyasının siyasi məhbuslar üzrə baş məruzəçisi Azadə Rojhan Azərbaycan hakimiyyətini hüquq müdafiəçisi Anar Məmmədlini dərhal azad etməyə və ona qarşı irəli sürülən ittihamları yenidən nəzərdən keçirməyə çağırıb
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) siyasi məhbuslar üzrə baş məruzəçisi Azadə Rojhan Anar Məmmədlinin Azərbaycanda saxlanılmasının ikinci ildönümü ilə bağlı bəyanat yayıb.
UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.
"Braqa" Portuqaliyada Almaniya təmsilçisi "Frayburq"u qəbul edib. Matç ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə bitib.
İngiltərə komandalarının duelində isə "Nottinqem Forest" evdə "Aston Villa" ilə qarşılaşıb. Meydan sahibləri minimal hesabla qalib gəliblər - 1:0.
Mərhələnin cavab matçları mayın 7-də təşkil olunacaq.
Validə Əhmədovanın oğlu Elçin Quliyev 2017-ci ildə “Tərtər işi” kimi tanınan hadisələrdə işgəncələrlə öldürülüb. 2024-cü ildə isə Nəsimi Rayon Məhkəməsi Əhmədovaya mənəvi zərərə görə 10 min manat təzminat kəsib.
Aprelin əvvəlində də məhkəmə həmin hadisələr zamanı bir ay işgəncə gördüyünü deyən hərbçi Vüsal Abdullayevə 16 min manat təzminat ödənilməsinə qərar verib. O, iddia ərizəsində 300 min manat təzminat tələb edirdi.



