28 March 2026

Lənkəran həbsxanasındakı məhbusların telefonla danışığına qoyulan məhdudiyyətlərdən şikayət edir

Lənkəran Penitensiar Kompleksində saxlanılan məhbusların telefonla danışıq hüquqlarının məhdudlaşdırıldığı bildirilir.

Bu barədə “Abzas Media”nın həmin müəssisədə saxlanılan jurnalistləri məlumat verib.

Onların sözlərinə görə, məhbusların həftədə iki dəfə nəzərdə tutulan telefon danışığı hüququ əməkdaş çatışmazlığı səbəbilə tam təmin olunmur. Bildirilir ki, danışıq vaxtlarının qeyri-sabit olması məhbusların ailələri ilə əlaqəsini çətinləşdirir:

Türkiyə gəmisinə hücum Ukrayna tərəfindən edilib

Türkiyə neft tankeri ALTURA İstanbul boğazının girişindən 22 kilometr aralıda pilotsuz sualtı vasitə tərəfindən həyata keçirilən hücumda hədəfə alındı. Təqaüdçü Kontr-Admiral Cem Gürdeniz hücumun Ukrayna tərəfindən həyata keçirildiyini bildirib və deyib: "Türkiyəni qorxutmağa yönəlmiş bu təkəbbürlü hərəkət cavabsız qalmamalıdır".

Bəhreyndə ictimai qəzəb gərginlik yaratdı

Bəhreyndə bir gəncin həbsxanada işgəncəyə məruz qalması ölkədə geniş etirazlara səbəb olub.

Bəhreyndən olan gənc Seyid Məhəmməd əl-Musəvi həbsxanada aldığı ağır işgəncələr nəticəsində dünyasını dəyişib.

Əl-Musəvinin ölümü Bəhreyn xalqı arasında qəzəb dalğasına səbəb olub və etirazların ölkənin müxtəlif bölgələrinə yayıldığı barədə xəbərlər tirajlanıb.

Bu günlər Bəqinin dağıdılmasının ildönümüdür

Tarixi hadisə və dağıntılar

Hicri-qəməri təqvimə görə Şəvval ayının 8-də, miladi təqvimlə 1925-ci ilə uyğun gələn gündə Mədinədə yerləşən Cənnətül-Bəqi qəbiristanlığı dağıdılıb. Bu hadisə Əbdüləziz ibn Səudun qüvvələrinin şəhəri ələ keçirməsindən sonra baş verib.

Mənbələrə görə, həmin qüvvələr Mədinəni mühasirəyə alaraq şəhərdə geniş dağıntılar törədib və müqəddəs məkanları hədəfə alıblar.

Husilər İran tərəfdən münaqişəyə qoşulduqlarını açıqlayıb

Yəməndə fəaliyyət göstərən husilər İranın tərəfində münaqişəyə qoşulduqlarını bəyan ediblər.

Bu barədə "The Middle" East nəşri məlumat yayıb.

Məlumata görə, husilər ABŞ və İsraillə bağlı mümkün hərbi addımlara qarşı birbaşa müdaxiləyə hazır olduqlarını bildiriblər.

“ABŞ və İsraillə İran və müqavimət oxuna qarşı hər hansı ittifaq yaranarsa, hərbi müdaxilə edəcəyik”, – deyə açıqlamada qeyd olunub.

İran İsrailin ən böyük hərbi nəqliyyat mərkəzini vurdu

İran İsrailin ən böyük hərbi nəqliyyat mərkəzinə qarşı hərbi əməliyyat həyata keçirib.

Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (Sepah) məlumat verib.

Qeyd edilib ki, İslam Respublikası Tel-Əvivdə İsrail ordusuna məxsus dəstəkk bazasına və nəqliyyat mərkəzinə dronlarla zərbələr endirib.

Xatırladaq ki, ABŞ və İsrail 28 fevralda İrana qarşı müharibə başladıb.

Baxımsızlıq səbəbindən dərialtı yaralar ilahiyyatçının bütün bədənini bürüyüb

Aylardır hər kəslə münasibətləri məhdudlaşdırılaraq Umbakı müəssisəsində qapalı otaqda saxlanılan ilahiyyatçı Mənsur Vəlişovun səhhətində ciddi problemlər yaranıb.

Bu barədə məlumatı onun həyat yoldaşı verib. Onun sözlərinə görə, üç ay öncə dərisində qara ləkələr əmələ gələn ruhani hazırda bütün bədəni boyunca yaralarla əhatələnib.