21 February 2026

Şəhriyar Məmmədyarov finalda məğlub oldu

Şahmat üzrə Azərbaycan çempionatında final mərhələsinin cavab görüşü keçirilib.

Final qarşılaşmasında Şəhriyar Məmmədyarovla Məhəmməd Muradlı üz-üzə gəliblər.

İki görüşün yekun nəticəsinə əsasən 1.5-0.5 hesabı ilə qələbə qazanan M.Muradlı Azərbaycan çempionu tituluna sahib çıxıb.

Yarışın reytinq favoriti Ş.Məmmədyarov ardıcıl ikinci il finalda uduzaraq gümüş medalla kifayətlənib.

ABŞ-ın Qərbi Asiyadakı hərbi bazaları hansı ölkələrdədir?

Xarici Əlaqələr Şurası (CFR) tərəfindən dərc edilən hesabata görə, ABŞ-ın Qərbi Asiyada ən azı 19 hərbi bazası var. Bunlardan səkkizinin "daimi" statusu olduğu hesab olunur. ABŞ Bəhreyn, Misir, İraq, işğal olunmuş Fələstin əraziləri, İordaniya, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı, Suriya, Oman və Birləşmiş Ərəb Əmirliklərində hərbi mövcudluğunu qoruyur.

ABŞ-ın Türkiyə və Cibutidə də müxtəlif regional komandanlıqlara xidmət edən, eyni zamanda Qərbi Asiyadakı əməliyyatları dəstəkləyən böyük bazaları var.

Papanın Ayətullah Sistani ilə görüşü ilahi dinlərin davamçıları arasında heç bir düşmənçilik olmadığını nümayiş etdirən mühüm bir addım idi

Ayətullah Məkarim Şirazi İranın Vatikandakı səfiri ilə görüşdə onu Ramazan ayı münasibətilə təbrik edib və İranla dünya xristianları arasında mədəni və dini qarşılıqlı əlaqənin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Rusiya ordusunun Ukrayna ərazisinə ballistik raket və dronlarla endirdiyi zərbələr nəticəsində ölən və yaralananlar var

Rusiya ordusunun Sumının özəl yaşayış sektorlarından birinə aviazərbəsi nəticəsində iki uşaq da daxil olmaqla üç nəfər yaralanıb.

Bu barədə “RBK-Ukrayna” Milli Polisə istinadən məlumat yayıb.

Ayətullah Sistaninin öz şəxsi evi varmı?

Böyük mərceyi-təqlid müctehidi olan Ayətullah əl-Üzma Seyid Sistaninin şəxsi evi yoxdur və o böyük İslam alimi yarım əsrdən çoxdur ki, kirayədə qalır.

Bu barədə ev sahibi olan Seyid Məhəmməd Əmin məlumat verib.

Qeyd edək ki, Ayətullah Sistaninin 56 ildir kirayədə qaldığı ev İraqın Nəcəf şəhərində – əmirəl-möminin İmam Əlinin (ə) mübarək hərəmindən təxminən 100 metr məsafədə dar və ensiz küçələrdən birində yerləşir.

ABŞ səfirindən sərsəm iddia: “İncilə görə İsrail bütün Yaxın Şərqə sahib ola bilər”

ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi İncilə əsaslandığını iddia edən İsrailin bütün Yaxın Şərqi ələ keçirməyə haqqı olduğunu kimi sərsəm bir iddia edib. 

O, bunu amerikalı jurnalist Taker Karlsona fevralın 20-də yayımlanan müsahibədə bildirib. 

Baptist keşiş olan və sionist mövqeyi ilə tanınan Hakabi səfir kimi fəaliyyətə başlamazdan əvvəl də xristianların müqəddəs kitabına istinadən müəyyən torpaqların "Tanrı tərəfindən yəhudilərə verildiyini" iddia edib. 

“23 İlin Işığında Quran Təfsiri”

Hacı Tale Bağırzadənin “23 İlin Işığında Quran Təfsiri” adlı əsəri, müasir Azərbaycan ilahiyyat düşüncəsində özünəməxsus yeri olan, həm elmi, həm də ictimai baxımdan diqqət çəkən bir təfsir nümunəsidir. Kitab, müəllifin həbs şəraitində qələmə aldığı ilk fundamental araşdırmasıdır və Quranın 23 illik nazilolma prosesinin siyasi, ictimai və ideoloji yönlərini sistemli şəkildə təhlil edir.

Axios: Ayətullah Xamenei və oğluna qarşı sui-qəsd gündəmdə

İranın yüksək rəhbərliyini hədəf alan ssenarilərin Vaşinqtonda qiymətləndirildiyi və Ayətullah Əli Xamenei və oğlu Müctəba ilə bağlı planın Donald Trampa təqdim edildiyi iddia edilib.

Axios ABŞ-ın Tehrana qarşı "mümkün tədbirlər" çərçivəsində İran lideri Ayətullah Əli Xamenei və oğlu Müctəbaya qarşı sui-qəsd planını nəzərdən keçirdiyini bildirib.

Axios bu iddianı ABŞ prezidenti Donald Trampın adı açıqlanmayan müşavirinə əsaslandırıb.

Britaniya daha bir bazasının İran əleyhinə istifadəsinə icazə vermədi

Böyük Britaniya ABŞ-nin İrana qarşı hərbi əməliyyat baş verəcəyi təqdirdə Kiprdəki Akrotiri hava bazasından istifadəsinə icazə verməyib.

Londonun ABŞ-nin İrana qarşı hava hücumları üçün istifadəsinə icazə vermədiyi üçüncü bazadır.

"Böyük Britaniyanın heç bir hücum ABŞ hərbi əməliyyatını dəstəkləmək niyyəti yoxdur", - hökumət mənbələri bildiriblər.

Minlərlə fələstinli qadağalara baxmayaraq İbrahim məscidində namaz qıldı

Sərt nəzarət altında ibadət

Ramazan ayının ilk cümə günü minlərlə fələstinli işğal altındakı İordan çayının qərb sahilinin cənubunda yerləşən Xəlil şəhərindəki İbrahim məscidində cümə namazı qılıb.

Məscidin direktoru Mötəz Əbu Əsninə bildirib ki, səhər saatlarından etibarən işğalçı rejim qüvvələri tərəfindən ciddi məhdudiyyətlər tətbiq olunub. İbadətə giriş yalnız bir qapı vasitəsilə həyata keçirilib ki, bu da böyük sıxlığa və ləngimələrə səbəb olub.

ABŞ Ali Məhkəməsi Trampın tariflərini qanunsuz sayıb

ABŞ Ali Məhkəməsi prezident Donald Trampın xarici ölkələrin mallarına tətbiq etdiyi genişmiqyaslı gömrük rüsumlarını (tarif) ləğv edib.

Fevralın 20-də baş tutan prosesdə məhkəmənin 9 nəfərlik hakim heyətindən 6-sı Trampın tariflərini qanunsuz sayıb və onların ləğvinə səs verib. 

Hakimlər bildirib ki, ABŞ Konstitusiyasına əsasən, tariflərin tətbiqinə prezident yox, Konqres qərar verə bilər.