13 February 2026

Gürcüstanın İmam Əli (ə) məscidində növbəti cümə namazı qılınıb

Gürcüstanın Marneuli şəhərindəki İmam Əli (ə) məscidində növbəti cümə namazı qılınıb. İlahiyyatçı Hacı Hacıyevin imamətliyi ilə gerçəkləşən cümə namazının bu həftəki mövzusu qarşıdan gələn Mübarək Ramazan ayı barəsində olub.

H. Hacıyev Mübarək Ramazan ayının gəlişi astanasında olan insanları İlahi ziyafətin gözəlliyi ilə yanaşı bu ayın əhəmiyyətinə də diqqət çəkib. Ramazan ayın fəzilətləri, namazları, tutlan oruclar, duların qəbulu və bu kimi dəyərləri bu həftə cümə xütbəsinin əsas mövzusu olub.

İran Hörmüz boğazını bağlasa nə baş verər?

Hörmüz boğazı, Fars körfəzi ilə Oman körfəzi arasındakı su yolu, şimalda İran, cənubda isə BƏƏ və Omanın Musəndam anklavı ilə strateji baxımdan son dərəcə əhəmiyyətli bir boğucu nöqtədir.

İran, körfəzdə müharibə başlasa, Hörmüz boğazını bağlaya biləcəyi barədə xəbərdarlıq edib. Gündəlik 20 milyon bareldən çox neftin keçdiyi boğazın bağlanması qlobal enerji təchizatını təhdid edəcək və kəskin qiymət artımı riskini artıracaq. Ekspertlərin fikrincə, ən böyük təsir Asiya ölkələrində hiss olunacaq.

Bir zamanlar Trampa sığınan Zelensk bu gün elə Trmpın təzyiqi ilə sülhə məcbur edilir

ABŞ və Ukrayna arasında pərdəarxası gərginlik pik həddə çatıb. "The New York Times"ın (NYT) Ağ Evdəki və Kiyevdəki yüksək rütbəli mənbələrə istinadən yaydığı məlumata görə, Donald Tramp administrasiyası müharibəni bu ilin yayına - iyun ayına qədər dayandırmaq üçün Ukrayna üzərindəki təzyiqləri görünməmiş dərəcədə artırıb.

Vaşinqton Kiyevdən Moskvaya "ağrılı güzəştlər" etməyi tələb edir.

 

Ağ Evin "Yay Ultimatumu": Ərazi və seçki şərti

İnqilabın Rəhbəri: İran xalqı düşmənləri məyus etdi; milli həmrəyliyi qorumalıyıq

İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei cümə axşamı televiziya ilə yayımlanan müraciətində 22 Bəhmən mərasimlərində milyonlarla insanın iştirakına görə təşəkkür edərək, xalqın möhtəşəm iştirakını İran İslam Respublikasının qürur və qüdrətinin artması, eləcə də İran xalqının təslim olmayacağına dair düşmənlərin ümidlərinin puça çıxması kimi dəyərləndirib.

London məhkəməsi “Palestine Action” qadağasını ləğv etdi

Qadağa qərarı qanunsuz sayıldı

London High Court bu gün verdiyi qərarla Britaniya hökumətinin “Palestine Action” təşkilatını “terrorçu təşkilat” kimi qadağan etməsini qanunsuz elan edib. Qərar təşkilatın həmtəsisçilərindən birinin təqdim etdiyi hüquqi şikayət əsasında qəbul olunub.

Məhkəmə iddianın iki əsas arqumentini təmin edib. Hakim Viktoriya Şarp bildirib ki, qadağa ifadə azadlığı və sərbəst toplaşmaq hüququnun ciddi şəkildə pozulmasına səbəb olub.

İmam Əli (ə) Ziyarətgahında “İntizar sənəti” sərgisi keçirilir

İraqın Nəcəf şəhəində yerləşən İmam Əli ziyarətgahında “İntizar sənəti” adlı beynəlxalq islam təsviri sənəti tədbirinin ikinci mərhələsi start götürüb.

Layihə İraqda bu sahədə ilk beynəlxalq təşəbbüs kimi dəyərləndirilir.

Tədbirdə 14 ölkədən 60 rəssam iştirak edir. Sərgi “Qaf” İncəsənət və Media Fondu ilə əməkdaşlıq çərçivəsində təşkil olunub.

DTX Qənimət Zahid, Fuad Qəhrəmanlı və Abbas Abbasov barəsində qiyabi həbs qərarı verildiyini açıqlayıb

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid (Zayıdov), Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı və baş nazirin sabiq müavini Abbas Abbasov barəsində qiyabi həbs qətimkan tədbiri seçildiyini açıqlayıb.