07 February 2026

Fəyyad: Həşduş-Şaabi İraqın təhlükəsizliyinin qarantıdır

İraq Xalq Səfərbərlik Qüvvələrinin (Həşduş-Şaabi) rəhbəri Falih əl-Fəyyad, təşkilatın regional mövcudluq problemləri qarşısında İraqın təhlükəsizliyinin və şərəfinin fundamental qarantı olduğunu vurğulayıb.

Şənbə günü verdiyi açıqlamada İraq Xalq Səfərbərlik Qüvvələrinin (Həşduş-Şaabi) rəhbəri Falih əl-Fəyyad İraqı əhatə edən mövcudluq təhdidlərinə diqqət çəkib və bu çətinliklərin öhdəsindən gəlmək üçün bütün hazırlıqların başa çatdığını bildirib.

Avropada ABŞ-a inam kəskin şəkildə aşağı düşür: Tramp və Qrenlandiya böhranının təsiri

Avropa ictimai rəyinin əksəriyyəti ABŞ ilə müttəfiqliyi qorumaqdansa, Avropanın strateji müstəqilliyinin qorunmasını dəstəkləyir. Qərbi Avropa ölkələrində ABŞ-a qarşı mənfi fikirlər son 10 ildə ən yüksək səviyyəyə çatıb. YouGov-un 2026-cı ilin yanvar ayında apardığı sorğuya görə, avropalılar hesab edirlər ki, Vaşinqtonla münasibətləri qorumaqdansa, Avropanın müstəqilliyini və dəyərlərini qorumağa üstünlük verilməlidir.

Əraqçi: Bu gün açıq şəkildə bəyan etdik ki, istənilən dialoqun əsas şərti təhdid və təzyiqdən çəkinməkdir

İran Xarici işlər naziri İran və ABŞ arasında dialoqun mövzusunun yalnız nüvə məsələsi olduğunu bildirərək deyib: İclasda vurğuladıq ki, nüvə danışıqları və əsas məsələlərin həlli sakit mühitdə, gərginliksiz və təhdidsiz aparılmalıdır. İstənilən dialoqun zəruri şərti təhdid və təzyiqdən imtinadır. Biz bu məsələni bu gün də açıq şəkildə ifadə etdik və gözləyirik ki, mütləq şəkildə buna əməl olunsun ki, danışıqların davamı mümkün olsun.

İsrail Qəzzada binanı vurdu

İsrail ordusunun Qəzza şəhərinin şərqindəki Zeytun məhəlləsindəki üçmərtəbəli binanı hədəf alan hücumunda bina tamamilə dağılıb.

Hücum nəticəsində bina tamamilə dağılıb və ərazidən qatı tüstü qalxdığı müşahidə edilib. Media orqanları itki haqqında hər hansı bir məlumat verməyiblər. Ancaq dağıntı ilə bağlı məlumat və görüntülər yayılıb.

Azərbaycan yığması 0:6 hesabı ilə uduzdu

Gürcüstanda təlim-məşq toplanışında olan 17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama oyununu keçirib.

AFFA-nın saytı xəbər verir ki, millimiz Tbilisidə Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, komandalar arasında ikinci yoxlama oyunu fevralın 9-da keçiriləcək.

“Meydan TV işi”: Şəmşad Ağa hakimin vəsatətlərin verilməsinə imkan yaratmamasına etiraz edib

Fevralın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Meydan TV işi” üzrə həbs olunan şəxslərə açılan cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Hakim Aytən Əliyevanın sədrlik etdiyi prosesdə dövlət ittihamçısı Ergin Qafarov ittiham aktını oxumağa davam edib. Bu dəfə Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirovun, jurnalistlər Natiq Cavadlı, Şəmşad Ağa və Nurlan Librenin (Qəhrəmanlı) ittiham aktları elan olunub.

Marneuli cümə namazında Ayətullah Xameneiyə həmrəylik elan edilib

Fevralın 6-da Marneuli mərkəzi Hz. İmam Əli (ə.s) məscidində qılınan cümə namazı zamanı İran İslam Respublikasının ali dini rəhbəri Ayətullah Əli Xameneiyə dəstək ifadə olunub.

İmam-cümə Hacı Hacıyev xütbə zamanı Ayətullah Xamenei barədə danışaraq imam-cümələr adından ona həmrəylik elan edib.

Məscidin daxilində İranın ali dini liderinin böyük posteri yerləşdirilib.

Azərbaycanlı siyasi mühacirlər Vensə müraciət ediblər

Azərbaycanlı Siyasi Mühacirlərin Koordinasiya Mərkəzi (ASİMKOM) gələn həftə Azərbaycana səfər edəcək ABŞ vitse-prezidenti Ceyms Vensə müraciət ediblər. 

Mühacirlər Vensin Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə ölkədə insan hüquqlarının vəziyyəti, xüsusilə siyasi məhbuslar məsələsini qaldırmasının "son dərəcə vacib olduğunu" bildiriblər.