01 February 2026

“Real Madrid" öz meydanında "Rayo Valyekano"nu çətinliklə məğlub edib

İspaniya La Liqasında XXII turun oyunları davam edir.

Günün ilk matçında "Real Madrid" öz meydanında "Rayo Valyekano"nu sınağa çəkib.

Gərgin keçən qarşılaşmada azarkeşlər 3 qola şahidlik ediblər. Oyun "kral klubu"nun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Real"ın heyətində qələbə qolunu 90+10-cu dəqiqədə Kilian Mbappe vurub.

Pakistanın cənub-qərbində baş verən hücumlar nəticəsində həlak olanların sayı 120-ni keçib

Pakistan ordusu elan edib ki, ölkənin gərginlik yaşanan cənub-qərb bölgəsi olan Bəlucistanda “terrorçular” tərəfindən həyata keçirilən bir neçə intihar və silahlı hücum nəticəsində mülki şəxslər də daxil olmaqla 33 nəfər ölüb.

Bu barədə CNN məlumat yayıb.

ABŞ hücum etsə bu regional müharibəyə çevriləcək – Ayətullah Xamenei

 İran İslam İnqilabının Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei bildirib ki, ABŞ tərəfindən hər hansı hərbi qarşıdurmanın başlanması halında münaqişə regional müharibəyə çevriləcək.

Ayətullah Xamenei bu fikirləri 12 Bəhmən - İmam Xomeyninin tarixi qayıdışının ildönümü, Fəcr ongünlüyünün başlanğıcı və İslam İnqilabının qələbəsinin 47-ci ildönümü münasibətilə Tehranda, İmam Xomeyni Hüseyniyyəsində keçirilən görüşdə səsləndirib.

CHP lideri Özel və İmamoğlu "sosial sülhü" vurğulayırlar: 3 maddəlik həll təklifi

CHP İstanbul Konqres Mərkəzində "Sosial Sülh və Demokratiya" mövzusunda konfrans keçirib. CHP lideri Özelin çıxışı və həbsdə olan prezidentliyə namizəd İmamoğlunun süni intellekt vasitəsilə vətəndaşlara müraciət etdiyi video sosial barışıq mesajını ehtiva edirdi.

Londonda Fələstinə dəstək yürüşü: Minlərlə insan küçələrə çıxdı

Londonda kütləvi etiraz aksiyası

Şənbə günü London küçələrində Fələstin xalqına dəstək məqsədilə kütləvi yürüş keçirilib. On minlərlə insanın qatıldığı aksiyada İsrailin Fələstinlilərə qarşı davam edən hərbi əməliyyatları və insan hüquqları pozuntuları kəskin şəkildə pislənib. Yürüş iştirakçıları “Qəzza” zolağında davam edən müharibənin dayandırılmasını tələb ediblər.

Rusiya Xersona zərbələr endirdi - Ölənlər və yaralananlar var

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xerson vilayətinə endirdiyi zərbələr nəticəsində 2 nəfər ölüb, 10 nəfər yaralanıb.

Bu barədə "İnterfaks-Ukrayna" Xerson vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, zərbələr yaşayış məntəqələri də daxil olmaqla kritik və sosial infrastruktura endirilib.

İsrailin Qəzzaya son hava hücumlarında ölənlərin sayı 32 nəfərə yüksəldi

İsrailin ötən gecədən bəri Qəzza zolağına endirdiyi aviazərbələr nəticəsində ölənlərin sayı 32-yə çatıb.

Bu barədə “The Times of Israel” məlumat yayıb.

Qəzzadakı səhiyyə qurumunun açıqlamasında isə bildirilib ki, 2023-cü ilin oktyabr ayından bəri Qəzza zolağına hücumlarda ölənlərin sayı 71769-a çatıb.

İraqın şiə bloku Trampın xəbərdarlıqlarına baxmayaraq Nuri əl-Malikini dəstəklədiyini təsdiqləyib

İraqın şiə siyasi bloklarının ittifaqı olan Koordinasiya Çərçivəsi ABŞ prezidenti Donald Trampın Nuri əl-Malikinin yenidən hakimiyyətə qayıdacağı təqdirdə Vaşinqtonun İraqa artıq kömək etməyəcəyi barədə xəbərdarlığına baxmayaraq, keçmiş baş nazir Nuri əl-Malikini növbəti hökumətə rəhbərlik etmək üçün dəstəklədiyini bir daha təsdiqləyib.

Əhdimiz sarsılmaz, yolumuz isə aydındır

“Bismillahir-Rəhmanir-Rəhim

​"Allahın nurunu ağızları ilə söndürmək istəyirlər. Allah isə Öz nurunu tamamlayacaqdır, hətta kafirlərin xoşuna gəlməsə də." (Saff surəsi, 8)

​Son günlərdə İslam dünyasının görkəmli rəhbəri, məzlumların pənahı və müsəlman ümmətinin rəşadətli lideri Ali Dini Rəhbər Ayətullah Seyyid Əli Xamenei cənablarına qarşı yönəlmiş çirkin və ədəbsiz davranışlar hər bir imanlı şəxs kimi biz ruhanilərin də dərin kədərinə və hiddətinə səbəb olmuşdur.