25 November 2025

"Turan Tovuz" 5700 manat cərimələndi

Misli Premyer Liqası təmsilçilərindən "Araz-Naxçıvan" 2500, "Turan Tovuz" isə 5700 manat cərimələnib.

Bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib.

XII turun "Araz-Naxçıvan" – "Turan Tovuz" oyunu bitdikdən sonra meydana kənar şəxs daxil olduğuna görə Naxçıvan təmsilçisi 2500 manat cərimələnib. "Turan Tovuz" isə azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə 5000 manat ziyana düşüb.

Suriyada etirazlara sərt müdaxilə: Yaralananlar var

Sahil və mərkəzi bölgələrdə kütləvi etirazlar

Suriya İnsan Haqları Müşahidə Mərkəzi (SOHR) bu gün Hums, Həma və ölkənin sahil bölgələrində yerləşən Latakiya, Cəblə və Tartusda genişmiqyaslı etirazlar baş verdiyini açıqlayıb. Etirazların əsas tələbi yerli özünüidarəetmə və siyasi məhbusların azad edilməsi olub. SOHR-ın məlumatına görə, nümayişçilərə qarşı təhlükəsizlik qüvvələri tərəfindən sərt müdaxilə edilib və bir neçə nəfər yaralanıb.

 

Hafiz Babalı ədliyyə naziri və Ombudsmana müraciət edib

Həbsdə olan araşdırmaçı jurnalist Hafiz Babalı ədliyyə naziri Fərid Əhmədov və İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyevaya müraciət edib. 

Noyabrın 23-də jurnalistin "Facebook" səhifəsində ictimailəşdirilən məktubda H.Babalının məhkəmələrə yazdığı ərizələrin çatdırılmadığı xəbər verilib. 

Avropa Məhkəməsi: Azərbaycan hökuməti "Azadlıq" qəzetinə 30 min avroya yaxın təzminat ödəməlidir

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) "Azadlıq" qəzetinin Azərbaycan hökumətinə qarşı işi ilə bağlı qərar verib.

Noyabrın 25-də verilən qərarda AİHM ərizəçiyə qarşı Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin (ifadə azadlığı) pozulmasını tanıyıb. 

Qərara əsasən, Azərbaycan hökuməti qəzetə maddi və mənəvi zərərə görə 28 min, hüquqi xərclərə görə isə 1,500 avro olmaqla ümumilikdə 29,500 avro ödəməlidir. 

Ukrayna sülh danışıqları: Avropalılar üçün potensial risklər

Əvvəlcə prosesdən kənarlaşdırılan avropalılar, yalnız onların razılığı ilə həll edilə bilən vacib məsələlərdən istifadə edərək Ukrayna ilə Rusiya arasındakı sülh danışıqlarında təsirini bərpa etməyi hədəfləyirlər. Bəs bu məqamlar nələrdir?

ABŞ və Rusiya tərəfindən hazırlanan və Ukraynadakı müharibəyə son qoymağı hədəfləyən 28 bəndlik sülh planı Avropada xeyli təəccüb doğurub. Mətnin hərtərəfli müddəaları bir çox Avropa paytaxtlarında Moskvanın xeyrinə həddindən artıq güzəştli bir yanaşma kimi qəbul edilib.

Hizbullah: "Düşmən bizim cavabımızdan narahat qalmalıdır"

İsrailin Hizbullah komandiri Heytəm Əli Təbatəbaini cənub ətrafının mərkəzində basqın zamanı öldürməsi Beyrutun siyasi tarazlığını yenidən sarsıtdı və bölgəni müharibə həddinə çatdıran gərginlik dalğasına səbəb oldu.

"Əl-Əxbar"ın məlumatına görə, İsrailin Hizbullah hərbi komandiri Heytəm Əli Təbatəbaini cənub ətrafının mərkəzində basqın zamanı öldürməsindən bəri Beyrutun siyasi səhnəsini iki sual məşğul edir: "Bu, Livan cəbhəsində müharibəyə doğru ilkin addımdırmı? Hizbullah necə cavab verəcək?"

QMİ Hacc ziyarətinə getmək istəyənlərə müraciət edib

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Hacc ziyarətinə getmək istəyən şəxslərə müraciət edib.

İdarənin Xarici Əlaqələr şöbəsinin müdiri, Hacc elektron sistem rəhbəri Vüsal Cahangiri bildirib ki, Səudiyyə Ərəbistanının Hacc və Ümrə Nazirliyi hər il Hacc ziyarəti üçün hazırlıq prosedurunun daha erkən başlaması üçün yeni işlər görür:

Çempionlar Liqası: “Araz-Naxçıvan” “Benfika”ya məğlub oldu

“Araz-Naxçıvan” futzal klubu UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində ilk oyununu keçirib.

Məlumata əsasən, ilk iki raundu uğurla adlayan Azərbaycan çempionu bu mərhələdə Portuqaliyanın “Benfika” klubu ilə qarşılaşıb.

Bakı İdman Sarayında baş tutan görüş rəqib komandanın 8:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Siyasi məhbuslar yeni “Siyasi Məhbusların Müdafiə Komitəsi” yaratdıqlarını elan ediblər

2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan siyasi məhbuslar – Hafiz Babalı, Fazil Qasımov, Afiəddin Məmmədov, Samir Aşurov, Laçın Vəliyev və Mehman Əliyev “Siyasi Məhbusların Müdafiə Komitəsi”nin (SMMK) yaradıldığını bəyan ediblər.

Məhbusların imzaladığı Təşəbbüs Qrupunun Bəyannaməsində ölkədə fundamental hüquq və azadlıqların ciddi şəkildə pozulduğu bildirilir:

Azərbaycan neftinin Avropaya axını: çox satılır, amma daha ucuz

Azərbaycan Qərb ölkələri ilə siyasi münasibətlərin gərgin olması fonunda bu regionla neft və qaz satışını genişləndirib. 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın xam nefti və xam neft məhsullarının əsas alıcıları yenə də Avropa ölkələri olub, hətta bir çox ölkələr idxal həcmlərini belə artırıblar. Baxmayaraq ki, son illərdə siyasi müstəvidə rəsmi Bakının Asiya istiqamətinə meyilləri artsa da, enerji sektorunda bunun əksi müşahidə edilir.