Bütün maneələrə baxmayaraq 70 min insan Əl-Əqsa məscidinə toplaşıb

Operativtv.com Rasthaber -ə istinadən xəbər verir ki, İsrail qüvvələrin bütün maneələrinə baxmayaraq, on minlərlə insan bu gün cümə namazı üçün Məscidi-Əqsada toplaşıb. Qüds İslami Vəqflər İdarəsindən verilən açıqlamada, cümə namazı üçün Məscid-i Əqsada toplananların sayının 70 min nəfər olduğu təxmin edilir. İsrail qüvvələri həm Qüds əhalisinin, həm də Qüdsdən kənardan gələnlərin Məscidi Əqsaya çatmalarını çətinləşdirmək üçün Məscidi-Əqsanın bütün qapılarına mühafizəçilər yerləşdiriblər. Bununla da onlar məscidə daxil olmaq istəyənləri bir növ şəxsiyyət yoxlaması edilər deyə idarə bildirib.

Məscidül-Əqsa xətibi Şeyx Əkrəmə Səbri cümə xütbəsində deyib: Son zamanlar hakim ekstremist Netanyahu hökumətinin dəstəklədiyi radikal yəhudi icmalarının Əl-Əqsa məscidinə qarşı basqınlarının artması bu müqəddəs məkan üçün təhlükənin ciddi şəkildə artdığını göstərir.”