Beynəlxalq Atom Agentliyi: İranla nüvə danışıqları dalana dirənib

“İranla nüvə danışıqları bir növ dalana dirənib. Danışıqlar aparılıb. Görüşlər və fikir mübadilələri həyata keçirilib. Ona görə Beynəlxalq Atom Agentliyi, xüsusilə də mən bu əhəmiyyətli məsələ ilə bağlı siyasi boşluğun yaranmasını istəmirik.”

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bunu Beynəlxalq Atom Agentliyinin sədri Кafael Qrossi Vatikanın İnformasiya Agentliyinə müsahibəsində deyib.

Rafael Qorssi Roma Papasının İranla nüvə danışıqlarının ləngiməsindən narahat olduğunu anladığını bildirib və qeyd edib ki, bu mövzuda danışıqlar bir növ dalana dirənib.

Nüvə danışıqlarında irəliləyişin olmaması ilə yanaşı İranda yeni nəsil sentrifuqa cihazları ilə uranın yuxarı dərəcələrdə zənginləşdirilmə prosesinin genişləndirilməsinin təhlükəli olduğunu deyən BAEA sədri tezliklə İrana gedəcəyini ümid edib.

Qeyd edək ki, 2018-ci ildə ABŞ birtərəfli qaydada nüvə sazişindən çıxandan sonra rəsmi Tehrana sərt sanksiyalara başlayıb. İran da sazişdə olan öhdəliklərini azaldıb. Nüvə sazişinin bərpası ilə bağlı danışıqlar iki ildir davam etsə də tərəflər istəklərinə nail olmayıblar.