Bakının yol polisləri “BMW” dən "Mercedes"ə keçir

Bakıya gətirilən 70 ədəd son model "Mercedes" markalı avtomobillər Bakı şəhərində xidmət aparan yol polislərinə veriləcək.

Baş Dövlət Yol Polisi İdarəsi bu məlumatı təsdiqləyərək, yeni avtomobillərdə cərimələrin yerində ödənilməsi üçün posterminallar, və elektron məlumatlar bazarı olan kompüterlər yerləşdiriləcək. Bundan başqa, həmin maşınlarda radar ə video nəzarət kameraları yerləşdiriləcək.

Hazırda Bakıda istifadə olunan BMW və KİA-lar isə regionlara göndəriləcək. Regionlarda istismar müddəti bitmiş avtomobillər isə satışa çıxarılacaq.

"Mercedes AMG C43" avtomobillərinin 2017-ci il buraxılışı tərtibatından aslı olaraq 60-70 min(102-119 min manat) manat civarındadı.

Bununla da Azərbaycan "Mercedes AMG C43" avtomobillərinin yol polisində istifadə olunduğu 2-ci ölkə olacaq.

Bundan əvvəl həmin maşınlardan Avstraliya polisləri istifadə etməyə başlayıb.

Mercedes AMG C43-in mühərrikinin həcmi 3 litr, qüvvəsi 362 at gücündədir. Bu maşınlar 7 pilləli avtomat sürət qutusu ilə təmin ediliblər. Maşınlar 100 kilometr sürəti 4,6 saniyəyə yığır, hər 100 kilometr məsafəyə yanacaq sərfi isə 11 litrdir. Maşının maksimal sürəti saatda 250 kilometrdir.

Turan