Bakıda İmam Əlinin (ə) mövlud günündə uşaqlar evi ziyarət edildi

“İffət” qadınlar birliyi Həzrəti Əlinin (ə) mövlud günündə uşaqlar evini ziyarət edib.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, uşaqlara hədiyyələr verilib, onlar üçün ehsan süfrəsi açılıb.

Ziyarətdə Əhli-Beyt (ə) məddahı Aydın Rza da iştirak edib.

Tədbir əsnasında ilahilər səsləndirilib və uşaqlar əyləncəli anlar yaşayıb.