Azərbaycan neftinin qiyməti 1,20% ucuzlaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" qiyməti ucuzlaşıb.
 
Xam neftin qiyməti 0,74 ABŞ dolları və yaxud 1,20% azalıb.
 
"Report"un xəbərinə görə, "Azeri Light” markalı neftin bir barelinin qiyməti 60,85 dollar təşkil edib.
 
"Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.