Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) İsrailin Aralıq dənizindəki eksklüziv iqtisadi zonasının 1-ci blokunda qazın kəşfiyyatı üçün israilli iş adamı Yitzhak Tshuvaya məxsus British Petroleum (BP) və NewMed Energy şirkətləri ilə konsorsiumda operator qismində iştirak edəcək.
İsrailin "Globes" iqtisadi qəzeti Azərbaycanın neft şirkəti SOCAR-ın İsrail şelfində qaz kəşfiyyatında iştirak edəcəyini iddia edib.
Globes xəbər verir ki, SOCAR bu yaxınlarda İsrailin Aralıq dənizindəki eksklüziv iqtisadi zonasının 1-ci blokunda qazın kəşfiyyatı üçün İsrail Energetika Nazirliyi ilə müqavilə imzalamağa hazırlaşan beynəlxalq konsorsiuma qoşulub.
2025-ci il fevralın əvvəlində SOCAR-ın İsrailin Tamar qaz yatağındakı 10 faizlik payı iş adamı Aaron Frenkeldən alınıb və bununla da SOCAR İsrailin New Med və BP şirkətlərinin də daxil olduğu konsorsiumun bir hissəsi olub.
Bildirilib ki, bu axtarış tədbirlərinin əvvəllər də aparılması nəzərdə tutulsa da, rayondakı qeyri-sabit vəziyyətlə əlaqədar təxirə salınıb.
Azərbaycan Neft Şirkəti SOCAR İsraildə qaz kəşfiyyatında iştirak edəcək