Ayağının kəsiləcəyini öyrəndi, intihar etdi

Sumqayıtda 70 yaşlı kişi özünü asıb.

Bu gün günorta saatlarında Sumqayıtın Hacı Zeynalabdin Tağıyev qəsəbəsində intihar hadisəsi baş verib. Belə ki, ayağının biri amputasiya edilmiş 70 yaşlı kişi özünü asıb.

İntiharın səbəbi kimi ailəsi xəstə olduğundan yaxın günlərdə şəxsin digər ayağının da kəsiləcəyini və bundan depressiyaya düşüb özünü asdığını bildiriblər.

Faktla bağlı araşdırma aparılır.

Yenicag.az