Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı (AXCP) Elnur Həsənov (Hasan) noyabrın 28-də Bakının Babək prospektində yerləşən avtomobil bazarında olarkən mülki geyimli şəxslər tərəfindən saxlanılıb.
Bu barədə AXCP məlumat yayıb.
AXCP fəalın saxlanılmasının onun sosial şəbəkələrdə tənqidi çıxışları ilə bağlı olduğunu güman edir.
Belə ki, Elnur Həsənov Facebook səhifəsində dövlət yol polisinin faəliyyətini tənqid edən status paylaşıb.
“Elnur Həsənov Dövlət Yol Polisi tərəfindən qanunsuz cərimə olunduğunu bildirib. Qanunsuz protokoldan məhkəməyə müraciət etsə də, məhkəmə işə baxmaq barədə ona hələ də məlumat verməyib. Əksinə Elnur Həsənovun idarə etdiyi avtomobilə həbs qoyulub. Elnur Həsənov həmin qərara etiraz olaraq özünün Facebook səhifəsində tənqidi status paylaşıb. Saxlanma səbəbi də bununla əlaqədar ola bilər”, AXCP bildirir.
Fəalın saxlanılmasının səbəbləri ilə bağlı hüquq mühafizə orqanlarından hələ məlumat almaq mümkün olmayıb,
AXCP sədri Əli Kərimli bildirib ki, Elnur Həsənovun hakimiyyətdən gördüyü ancaq “zorakılıq və haqsızlıqdır”.
“Elnur Həsənovu bu gün də mülki geyimlilər həbs edib, naməlum istiqamətə aparıb. AXCP fəalı Elnur Həsənov indiyə qədər dəfələrlə inzibati qaydada həbs olunub, polis zorakılığına məruz qalıb, uzunmüddətli aclıq aksiyaları keçirib. Elnur Həsənova və bütün siyasi məhbuslara azadlıq tələb edirik!” Əli Kərimli Facebook səhifəsində qeyd edib.
Amerikanın Səsi
AXCP fəalının saxlanıldığı bildirilir