Amerika Livana öz iradəsini tətbiq edə bilməz

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, Livan Hizbullah Hərəkatının İcraiyyə Şurasının sədr müavini vurğulayıb ki, ABŞ heç cür Livana öz iradəsini tətbiq edə bilməz.

Hizbullah Hərəkatı İcraiyyə Şurasının sədr müavini Şeyx Əli Damus cümə namazı xütbəsində deyib: “Amerika Livan və sionist rejim və onun məqsədlərindəki maraqlarını təmin etməyə çalışır. Bu gün maliyyə sıxıntısı Livanlıların ən böyük narahatlığıdır və dolların məzənnəsinin yüksəlməsi və inflyasiya vətəndaşlara görünməmiş təzyiqlər yaradır və onların ağrı və iztirablarını artırır. Əgər ABŞ livanlılara, istər prezident, istərsə də başqa, həddindən artıq təzyiq göstərməklə və ölkədə xaos yaratmaqla öz iradəsini tətbiq edə biləcəyini düşünürsə, bu, yanlışdır. Baxmayaraq ki, Amerika Livanı mühasirəyə alıb, sanksiyalar tətbiq etməklə və yardımları əngəlləməklə ölkədə problemlər yaratsa da, heç vaxt Livana öz iradəsini tətbiq edə və istədiyini edə bilməz”.