Ali Məhkəmə Meydan Tv ilə bağlı müraciəti təmin edib

Ali Məhkəmə Bakı Apelyasiya Məhkəməsinin Meydan TV ilə bağlı qərarını ləğv edib.
 
Məlumatı Meydan TV-yə vəkil Elçin Sadıqov verib.
 
 Proses sentyabrın 10-da hakim Ələsgər Əliyevin sədrliyi ilə keçirilib. 
 
Vəkil bildirib ki, Səbail Rayon Məhkəməsi 2017-ci il 12 may tarixli qətnaməsi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Meydan TV-nin yayımının məhdudlaşdırılması haqda müraciətini təmin edib. Bakı Apelyasiya Məhkəməsi isə 23 aprel 2019-cu il tarixli qətnaməsi ilə əvvəlki instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
 
2017-ci ilin martın 10-da Milli Məclisin plenar iclasında "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi” və "Telekommunikasiya haqqında” qanunlara dəyişikliklə internet resurslarının dövlət qurumu tərəfindən rəsmi qaydada bloklanma qaydaları qəbul edilib.
 
İş yenidən Bakı Apelyasiya Məhkəməsinə göndərilib.