ABŞ Əl-Şəbab qruplaşmasının bir üzvü haqda məlumat verənə 10 milyon dollar mükafat vəd edib

ABŞ 2019-cu ildə Nayrobidə otelə hücumu planlaşdıran şəxs barədə məlumat verənə 10 milyon mükafat vəd edib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin saytında verilən açıqlamada deyilir.

Məlumatda deyilir: “2019-cu il yanvarın 15-də günorta saatlarında terrorçu Əl-Şəbab qruplaşmasının silahlı şəxsləri partlayıcı, pulemyot və qumbaraatanlarla Nayrobidə “Dusit D2 Mall”a, və burada 6 bloklu mağazalar kompleksinə hücum ediblər. Burada bir Amerika vətəndaşı da daxil olmaqla ən azı 21 admın ölümünə səbəb olublar.”

ABŞ Dövlət Katibliyinin məlumatında deyilir ki, Mahmud Əbdül Rəhman kimi tanınan Mahmud Abdi Ədən Əl-Şəbab liderlərindən biridir və hücumu planlaşdıran qrupun əsas tərkib hissəsi olub. 2022-ci ilin oktyabrında Dövlət Departamenti düzəliş edilmiş 13224 saylı sərəncamına uyğun olaraq Ədənin xüsusi təyin edilmiş "qlobal terrorçu" olduğunu elan edib.