ABŞ defolt riski ilə üzləşə bilər

ABŞ-da Respublikaçılar Partiyasından olan Konqres Senatının 43 üzvündən ibarət qrup dövlət borcunun tavanının artırılması ilə bağlı razılığa gəlməkdən imtina edib. Bu barədə “Bloomberg” agentliyi Senatın Demokratik çoxluğunun lideri Çak Şumerin məktubuna istinadən xəbər verir.

Senatorların fikrincə, prezident administrasiyası dövlət xərclərini əhəmiyyətli dərəcədə azaltmalı və büdcə islahatları aparmalıdır. ABŞ Konqresinin Senatında respublikaçı azlığının lideri Mitç Makkonnel vurğulayıb ki, ölkə iqtisadiyyatı dayanıqlı olmayan fiskal siyasət ucbatından sərbəst enişdədir. Qeyd edək ki, ABŞ prezidenti Cozef Bayden və yüksək konqres liderlərinin mayın 9-da bəzi büdcə məhdudiyyətləri ilə bağlı Respublikaçılarla danışıqlar aparması planlaşdırılır.

Xatırladaq ki, ABŞ administrasiyası defoltdan qaçmaq və respublikaçı müxalifətlə danışıqlara daha çox vaxt ayırmaq üçün milli borc tavanının qısamüddətli artırılmasını nəzərdən keçirir.

 

Report