Azərbaycanda 120-dən çox hakim kobud qanun pozuntularına yol verdiklərinə görə məhkəmə sistemindən kənarlaşdırılıb.
"Report"un məlumatına görə, bu barədə dekabrın 25-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov keçirilən geniş müşavirədə bildirib.
Müşavirə Bakı və Sumqayıt apellyasiya məhkəmələrinin yeni təyin edilmiş sədr müavinləri və kollegiya sədrlərinin, bu məhkəmələrin yurisdiksiyasına daxil olan və digər birinci instansiya məhkəmələri sədrlərinin, habelə Ədliyyə Nazirliyinin və Məhkəmə-Hüquq Şurasının aidiyyəti məsul işçilərinin iştirakı ilə keçirilib.
Toplantıda prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, məhkəmə qərarlarının ədalətliliyinin təmin olunması, məhkəmələrdə şəffaflığın artırılması, korrupsiyanın yolverilməzliyi vurğulanıb, ötən dövrdə Məhkəmə-Hüquq Şurası tərəfindən hakimlərin fəaliyyətinin prinsipial qiymətləndirilməsi, kobud qanun pozuntularına yol verdiklərinə görə 120-dən çox hakimin məhkəmə sistemindən kənarlaşdırılması qeyd olunub.
Korrupsiya hüquqpozmalarına görə isə 34 hakimin intizam məsuliyyətinə cəlb edilib. Onlardan 8 nəfərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.
11 nəfər aşağı vəzifəyə keçirildiyi və ya iş yerinin dəyişdirildiyi bildirilib.
120-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırdığı bildirilir
Oxşar xəbərlər