Rusiya nefti son dörd ildə ilk dəfə Qərbi Afrikaya çatdırılıb

Göyərtəsində Rusiya nefti olan tanker son dörd ildə ilk dəfə Qərbi Afrika sularına daxil olub. Hazırda gəmi Qana sahillərində boşaldılmasını gözləyir.

Operativtv.com Report-a istinadən xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Bu tankerin marşrutu bu ilin əvvəlində Novorossiyskdən başlayıb və fevralın sonu Qananın ərazi sularına çatıb.

Gəmidə 600 min barel neft var. Xammalın çatdırılmasının son nöqtəsi yerli neft emalı zavodu olmalıdır. Bu müəssisə Qananın paytaxtı Akkradan 24 km məsafədə, Tema şəhərində yerləşir.

Bundan əlavə, bir həftə əvvəl Qanaya Rusiya neft məhsulları daşıyan daha bir gəmi gəlib. Söhbət 40 min ton dizel yanacağından gedir. Gələn mallar qlobal enerji böhranı fonunda Qanaya ölkənin enerji təhlükəsizliyini gücləndirməkdə köməklik göstərməlidirlər.