Rusiya: Amerika İraqda 300 ton tükənmiş urandan istifadə edib

Rusiya ordusunun bioloji, kimyəvi və radioloji müdafiə bölməsinin komandiri bəyan edib ki, ABŞ İraqa hücumunda ən azı 300 ton tükənmiş urandan istifadə edib.

Rusiya ordusunun bioloji, kimyəvi və radioloji müdafiə bölməsinin komandiri İqor Krılov 2003-cü ildə İraqa hücum zamanı Amerikanın daha bir cinayətini ifşa edib. Əl-Məyadin xəbər agentliyi xəbər verir ki, İqor Krılovun verdiyi məlumata görə, o zaman ABŞ İraq şəhərlərində, o cümlədən əl-Əmarə, Bağdad, Bəsrə, Kərbəla və Fəllucada hədəflərə hücum etmək üçün urandan geniş şəkildə istifadə edir.

Bu yüksək rütbəli rus komandiri bəyanatına əlavə edib: "Bu mərmilərdən istifadəyə görə Fəllucədə radiasiya vəziyyəti Xirosima və Naqasakidəkindən qat-qat pis idi. Bu şəhəri ikinci Çernobıl da adlandırmaq olar".

İqor Krılov qeyd edib: "İraq hökumətinin məlumatına görə, 2005-ci ildə bu ölkədə tükənmiş uran güllələrindən istifadə nəticəsində xərçəngə yoluxma halları hər 100 min nəfərə 40-dan 1600-ə yüksəlib".

Bağdadın 2022-ci ildə bu səbəbdən ABŞ-ı məhkəməyə verdiyini və təzminat tələb etdiyini qeyd edən rus komandir: “Tərkibində tükənmiş uran olan güllələr xüsusilə NATO tərəfindən istifadə edilib” deyib.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bu ölümcül silahların istifadəsini etiraf etdi və əsaslandırdı, hətta çərşənbə günü belə iddia etdi: “Tərkibində tükənmiş uran olan sursatlar adi silahlardır və radioaktiv təhlükə yaratmır”.