Ərəb ölkələrinin 1/3-i yoxsulluq içərisində yaşayır

Ərəb bölgəsindəki iqtisadi artıma baxmayaraq, buradakı əhalinin 1/3-i yoxsuldur.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, buna BMT-nin Qərbi Asiya üzrə İqtisadi və Sosial Komissiyasının keçirdiyi araşdırma dəlalət edir.

Pandemiya və Ukraynadakı müharibənin təsirlərinə baxmayaraq, gələn il sözügedən regiondakı iqtisadi artım 4,5 faiz, 2024-cü ildə isə 3,4% olacaq.

Bitməkdə olan 2022-ci ildə inflyasiya səviyyəsi 14% artıb, lakin mütəxəssislər hesab edirlər ki, bu göstərici qarşıdakı 2 ildə, müvafiq olaraq, 8 və 4,5 faizədək enəcək.

Komissiyanın məlumatlarına əsasən, 2022-ci ildə ərəb ölkələrinin 130 milyon sakini yoxsulluq şəraitində yaşayıb, bu isə, Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına ( daxil olan dövlətləri və Liviyanı nəzərə almadan, region əhalisinin 1/3-i deməkdir.

Araşdırma müəllifləri hesab edirlər ki, yaxın 2 ildə yoxsulluq səviyyəsi artmağa davam edəcək və 2024-cü ildə 36%-ə çatacaq.

2022-ci ildə regionda dünyadakı ən yüksək işsizlik göstəricisi qeydə alınıb – 12 faiz. 2023-cü ildə, mütəxəssislər güman edirlər ki, bu rəqəm 11,7%-dək düşə bilər. Bu, COVID-19 pandemiyasından sonra iqtisadiyyatın bərpası istiqamətində görülən tədbirlərin sayəsində baş verə bilər.

Araşdırmanın müəlliflərindən biri olan Əhməd Mummi qeyd edir ki, iqtisadi artımın perspektivlərinə baxmayaraq, region ölkələri arasında ciddi fərq var. Müharibə bütün ölkələrə eyni dərəcədə təsir etməyib.

Məsələn, Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası üzvləri və digər neft ixracatçıları enerjidaşıyıcıları qiymətlərinin artımında qazanan tərəf olub. Neft idxalçıları isə həm qiymət artımından, həm də ərzaq çatışmazlığından, həmçinin turist axını və beynəlxalq yardımın azalmasından zərər görüblər.

Ekspertlər əlavə gəlir əldə edənlərə yaranan fürsətlərdən faydalanmağı məsləhət görürlər.

Ərəb ixracatçı-ölkələr üçün hazırkı vəziyyət öz iqtisadiyyatlarını diversifikasiya etməyə və enerji sektorunun payını azaltmağa şərait yaradır. Bunun üçün yığılan vəsaitləri inklüziv artıma və dayanıqlı inkişafa səbəb olan layihələyə yatırmaq lazımdır“, – deyə Mummi əlavə edib.