Qurduğu siyasətin acı aqibəti görünür hakimiyyətin başını hələ çox ağrıdacaq

ABŞ Beynəlxalq Din Azadlığı Komissiyasının (USCIRF) 2023-cü il hesabatında Azərbaycan haqqında yer alan müddəalar hakimiyyətdə yetərincə narahatlıqlar yaradıb. Buna səbəb olaraq ilk öncə ABŞ-la sərtləşən münasibətlər göstərilsə də, etiraf etmək lazımdır ki, Azərbaycanda hakimiyyətin din siyasətində yetərli və çoxsaylı problemlər var. Lakin Qərbi narahat edən amil şübhəsiz elə qarşılıqlı ittihamlar və təzyiqlərdir. Buna da elə siyasi baxımından hər iki tərəfin maraqları, yanlış addımları böhranın bu qədər dərinləşməsinə gətirib çıxarıb.
Bir neçə gün öncə mətbuatda izlənilməsi qərar verilən USCIRF-ın Azərbaycanda dini durumla bağlı nəzarəti hakim dairələrdə etirazla qarşılandı. Dini Komitə sədri bütün bunları yalanlaması ilə hakimiyyətə yaxın mətbu orqanları iş başına keçib, Amerikanı qərəzli mövqey nümayiş etdirməkdə suçladılar. Bu məsələdə hakimiyyətin sualları açıq qalan geniş həbs kütləsində yarıtmaz siyasətinə don geydirməyə çalışan Axar.az kimi saytlar bir az da irəli gedərək bu işdə Qərbi İranpərəst qüvvələrə dəstək göstərməkdə suçladı. Daha eybəcəri isə o Müsəlman Birliyinin üzvülərinin də daxil olduğu geniş həbs dalğasını “İrana cəsusu” olaraq dəyərləndirib ABŞ-ın bu qüvvələri müdafiəsini dini müxalifət qurmaq cəhdi kimi səciyyələndirir. Bunu 2005-ci ildən bu tərəfə Qərbin dindarları siyasiləşdirdiyini yazı olaraq qələmə alan sayt bir-birinə uyğunlaşmayan ziddiyyət və qarışıq oyun oynamaqla hakimiyyətin bitirdiyimiz ildə yüzlərcə inanclının saxlanılmasını yenə də İrana bağlamağa çalışır.
Bu aydındır ki, müstəqil olmayan media elə bu yön, hakimiyyətin yanlışlıqlarını özünəməxsus da gizləmək üçün səs-küy qoparacaq. Ancaq bir daha sayları neçə-neçə yüz inanclıların “İrana bağlı şəbəkə” üzündən tirajladığını söyləyən sayt əksər inanclıların niyə deyilən iddia deyil, narkotika ilə cinayətə cəlb edildiyinə cavab versin. Bu hal sadə sübutdur ki, ölkədə inanclıların hüquqları ən sərt formada pozulur və onlar narkotik ittihamı ilə şərlənirlər.
Axar.az-ın nəzərinə çatdırırıq ki, hakimiyyət sizə tirajlamağa göstəriş verdiyi İrana bağlı, ”İran cəsusu” ittihamından fərqli olaraq özü bu inanclıları narkotik maddələrlə şərləyir. Əgər kim isə şəriət dövləti qurmaq istəyirsə (hansı ki, bu özü mübahisələnməli və sübut olunmalı itihamdır) bu da onun qanunla qadağan olunmayan istəyidir, hansı ki, bunun üçün qanun pozmayana qədər heç kəs onu ittiham edə bilməz.
Siz də, biz də ölkədə din sahəsində saysız problemləri bilirik və bunu da bilirik ki, hakimiyyətin "din dövlətdən ayrı" siyasəti reallıqda dini əsarətində görmək siyasətinə çevrilib ki, bu gün dindarların kütləvi həbsləri də məhz buna görə gerçəkləşir.
Qərbə gəlincə, qurduğu siyasətin acı aqibəti görünür hakimiyyətin başını hələ çox ağrıdacaq.
 
 
MBH Mətbuat Katibliyi