Putinin köməkçisi şimal-cənub dəhlizinin Rəştdən Astaraya çəkilən hissəsinə baş çəkib

Rusiya Federasiyası Prezidentinin köməkçisi İqor Levitin İranın yüksək rəsmiləri ilə görüşdən sonra Rəşt-Astara dəmir yolunun çəkilişi prosesi ilə yaxından tanış olub.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, Rusiya Federasiyası Prezidentinin köməkçisi İqor Levitin İranın Gilan əyalətinin ostandarı Əsədulla Abbasi ilə birgə helikopterdən Rəşt-Astara dəmir yolunun çəkilişi prosesi ilə tanış olublar.

Məlumata görə, “bu səfərdən məqsəd Rəşt-Astara və Rəşt - Kaspian Limanı dəmir yollarının tədqiqi və icrasını sürətləndirməkdir.”

Qeyd edək ki, İqor Levitin dünən Tehranda İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi kontr admiral Əli Şəmxani və İranın birinci vitse-prezidenti Məhəmməd Muxbirlə görüşərək, qarşılıqlı əlaqələrlə bağlı danışıqlar aparıb.