Polis dedi ki, namaz qıldığına görə bu gündəsən

Narkotik ittihamı ilə şərlənib həbs edilən Neftçala sakini Ramil Məmmədovu məhkəmə prossesi davam edib. Bu dəfəki məhkəmədə Ramil ona polis idarəsində verilən mənəvi və fiziki işgəncələrdən danışıb. "Məlumat" İnformasiya Agentliyinin verdiyi xəbərə görə, bu barədə onun yaxınları bildirib. Qardaşının söylədiyinə görə əqidəsinə görə qondarma ittihamla həbs edilən Ramil məhkəmədə: "Şöbədə saxlanıldığım zaman 7 saatdan çox müddətdə qollarım arxadan qandallı olduğu halda qaldı. Artıq namaz vaxtı daxil olduğu üçün oradakı növbətçi polisdən istədim ki, qollarımı açın, namaz qılım. Polis isə dedi ki, sən elə namaza görə burada, bu gündəsən də."
Ramil Məmmədov şərlənərək həbs edilməsi ilə bağlı prezident İlham Əliyevə müraciət ünvanlayıb.