Pentaqon Yaxın Şərqə əlavə qüvvələrin göndərildiyi təsdiqləyib

 Birləşmiş Ştatların Müdafiə Nazirliyi Yaxın Şərqə əlavə qüvvələrin göndərildiyini təsdiqləyib.

Bu barədə məlumatı “TASS“ agentliyi yayıb.

“Regional çəkindirmə səylərini gücləndirmək və ABŞ-nin bölgədəki qüvvələrini qorumaq üçün regiona əlavə qüvvələr göndəririk”, - Pentaqon rəsmisi agentliyinin əməkdaşına deyib.

O, bölgəyə dəqiq neçə hərbçi və hansı qoşun növünün göndərildiyi barədə ətraflı məlumat verməkdən imtina edib.

Xatırladaq ki, aprelin 12-də “The Washington Post“ öz mənbələrinə istinadən yazıb ki, ABŞ İranın İsrailə potensial zərbəsi ilə bağlı narahatlıqlar fonunda bölgəyə əlavə gəmi və təyyarələr göndərir.

 

APA