Azərbaycanın tanınmış Əhlibeyt şairi Seyid Nürəddin vəfat etdi

Əhli-beyt şairi, qəzəlxan və İmam Rzanın (ə) xidmətçisi Seyyid Hacı Nurəddin Dərafərin vəfat edib. Onun dünyasını dəyişməsi dini və ədəbi ictimaiyyət arasında kədərlə qarşılanıb.

Dərafərin yaradıcılığının əsas istiqamətini Əhli-beyt (ə) irsinin və dini dəyərlərin təbliği təşkil edib. O, xüsusilə İmam Əli (ə), İmam Hüseyn (ə) və Kərbəla hadisəsinə həsr etdiyi şeir və mərsiyələrlə tanınıb. Şairin qəzəl və dini poeziya nümunələri müxtəlif nəşrlərdə dərc olunub. 2011-ci ildə Şəhriyarın xatirəsinə həsr etdiyi «Heydərbabaya» şeiri «Azərbaycan şərqşünaslığı» jurnalında yayımlanıb.

Dərafərin dini fəaliyyəti ilə yanaşı, Əhli-beyt (ə) ənənələrinin Azərbaycan dilində yaşadılmasına töhfə verib. 2010-cu ildə Suraxanı rayonundakı Fatimeyi-Zəhra (s.ə.) məscidi ilə bağlı hadisələr zamanı saxlanılan şəxslər arasında onun da adı olub. O, sonrakı açıqlamasında polis idarəsində mərsiyəxanlıq fəaliyyətini dayandırmaq barədə tövsiyə aldığını bildirmişdi.

2011-ci ildə məktəblərdə hicabla bağlı məhdudiyyətlərə etiraz edən imzatoplama kampaniyasını da dəstəkləyib. Seyyid Nurəddin Dərafərinin yaradıcılığı dini poeziya və mərsiyə ənənəsi ilə bağlı irs kimi xatırlanacaq.

 Ağciyər xəstəliyindən əziyyyət çəkirmiş şair noyabrın 24-ü dünyasını dəyişib və o, Bakının Bülbülə qəsəbəsindəki məzarlıqda çox sayda insanın iştirakı ilə dəfn edilib.

Allah rəhmət etsin!