İran İnqilab Keşikçiləri Korpusu – SEPAH Hərbi Dəniz Qüvvələrinin yaydığı məlumatda Hörmüz boğazının şərqində qaydaları pozan dördüncü neft tankerinin partladığını açıqlayıb.
“Tasnim” xəbər agentliyinin müdafiə bölməsinin məlumatına görə, SEPAH Hərbi Dəniz Qüvvələrinin ictimaiyyətlə əlaqələr şöbəsi bəyan edib ki, bu gün sübh tezdən Hörmüz boğazının saxta və qeyri-qanuni marşrutu ilə hərəkət edən, qaydaları pozmuş bir ədəd neft tankeri dəniz minasına toxunaraq güclü partlayışa və yanğına məruz qalıb.
Qeyd edilib ki, partlayan bu tankerlə birlikdə hərəkət edən və qaydaları pozan digər iki neft tankeri də həmin tankerin minaya düşdüyünü gördükdən və SEPAH Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazı Hərəkətə Nəzarət Mərkəzinin radio xəbərdarlığından sonra Fars körfəzinə geri dönməyə məcbur olub.
SEPAH Hərbi Dəniz Qüvvələri xəbərdarlıq edir: “Saxta və qeyri-qanuni marşrutlardan keçmək qaydaları pozanlar üçün partlayış və yanğından başqa bir nəticə verməyəcək”.
Hörmüz boğazının şərqində qaydaları pozan dördüncü neft tankeri partlayıb