İran ABŞ-a məxsus növbəti F-35 qırıcısını vurduğunu açıqlayıb

İran Silahlı Qüvvələrinin Baş Qərargahı ABŞ-a məxsus qırıcının vurulduğunu açıqlayıb.

Bu barədə İranın dövlət televiziyası məlumat yayıb.

Məlumata görə, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-35 qırıcısı ölkənin mərkəzi bölgələri üzərində vurularaq qəzaya uğrayıb.

Qeyd olunub ki, bu, SEPAH-ın müasir hava hücumundan müdafiə sistemi vasitəsilə həyata keçirilib.

İran hərbçiləri ekipaj üzvlərinin katapult etmə ehtimalının aşağı olduğunu vurğulayıb.

Bu son müharibədə İran tərəfindən vurulan Amerikanın ikinci F35 təyyarəsidir. Qərbin ən son texnologiya ilə hazırlandığını iddia etdiyi radar sisteminin tuta bilmədiyi F35-lər İranın hədəfində olmağa davam edir.