Düşmən zərbələri nəticəsində tarixi Gülüstan Sarayı ciddi zədələnib

ABŞ və İsrail qırıcı təyyarələrinin Tehrana son hücumlarından sonra Gülüstan Sarayına əhəmiyyətli dərəcədə ziyan dəyib.

Bu barədə İran KİV məlumat yayıb.

Zərbələr nəticəsində sarayın bəzi hissələrində dağıntılar baş verib.

Qeyd edək ki, Gülüstan sarayı Səfəvi sülaləsindən I Şah Təhmasibin hakimiyyəti dövründə tikilib. Zənd sülaləsi dövründə Gülüstan qısa müddətə Kərim xanın iqamətgahı olub, lakin Qacarlar dövründə saray şahların yeni paytaxtda yerləşməsi üçün xeyli genişləndirilib. Pəhləvilər dövründə Gülüstan Sarayı rəsmi mərasimlər və prezidentlərin və xüsusi xarici qonaqların iqamətgahı üçün istifadə edilib.

Gülüstan Sarayı 2013-cü ilin iyul ayında UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.