Ağa-Əli Yəhyayevin işi üzrə Ali Məhkəmədə iclas başlayır – kassasiya instansiyası 6 il həbs hökmünü müzakirə edəcək
Bu gün saat 12:00-da Azərbaycan Respublikasının Ali Məhkəməsində Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinin üzvü Ağa-Əli Yəhyayevə qarşı cinayət işi üzrə məhkəmə iclası keçiriləcək. Kassasiya instansiyasında baxılacaq iş üzrə Yəhyayevin vəkilliyini Zibeydə Sadıqova həyata keçirir.
Ağa-Əli Yəhyayev 2023-cü il avqustun 31-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma) maddəsi ilə ittiham irəli sürülüb. 2024-cü il sentyabrın 20-də Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum edilib.
Apellyasiya instansiyasında işə yenidən baxılıb. 2024-cü il noyabrın 28-də Sumqayıt Apellyasiya Məhkəməsi (hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə) cəza müddətini 1 il azaldaraq 6 il müəyyən edib . Məhkəmə qərarından sonra müdafiə tərəfi kassasiya şikayəti verib və iş Ali Məhkəməyə göndərilib.
Ağa-Əli Yəhyayev özünü təqsirli bilmir. Müdafiəçilərinin sözlərinə görə, o, saxlanıldığı vaxt fiziki işgəncələrə və psixoloji təzyiqlərə məruz qalıb, ittiham aktına qol çəkməyə məcbur edilib. Vəkil Zibeydə Sadıqovanın apellyasiya məhkəməsindəki çıxışında bildirdiyinə görə, Yəhyayevə ailəsinin polis idarəsinə gətiriləcəyi hədəsi ilə təzyiq göstərilib.
Yəhyayev bundan əvvəl də – 2015-ci ildə Nardaran hadisələri zamanı həbs olunub və bir neçə ildən sonra əfv sərəncamı ilə azadlığa buraxılıb.
Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə də daxil olmaqla, 70-dən artıq üzvü hazırda həbsdədir. Hüquq müdafiəçilərinin məlumatına görə, son dövrlərdə 500-dən artıq dini inanclı şəxs narkotik ittihamları ilə saxlanılıb. Həbs olunanların böyük əksəriyyəti ittihamları rədd edərək, siyasi və dini motivlərlə təqib edildiklərini
Ağa-Əli Yəhyayevin işi üzrə Ali Məhkəmədə iclas başlayır