Hacc ziyarətinə sənəd qəbulu aprelin ilk həftəsonunadək uzadılıb.
Bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Hacc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.
“Qeydiyyatdan keçənlər arasında azyaşlılar da var. Kvotanın 92 faizi dolub, cəmi 8 faiz yer qalıb. Hacca niyyətli olan vətəndaşlarımızdan xahiş edirik ki, yubanmadan gəlib qeydiyyatdan keçsinlər”, - Vüsal Cahangiri bildirib.
Qeyd edək ki, Hacc ziyarətinə son qeydiyyat tarixi Ramazan ayının sonunadək müəyyən edilmişdi.
Xatırladaq ki, 2026-cı il Hacc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiyməti 6100 ABŞ dolları müəyyən edilib.
Hacc ziyarətinə sənəd qəbulunun müddəti uzadılıb