İranın Ali Dini Liderinin öldürülməsi hansı həqiqətləri ortaya qoydu? 2-ci hissə.

Qızlar məktəbinin hədəflənməsinin əsas səbəbi

Əlbəttə hər kəs İsrailin on minlərlə uşaq qatili olan Amerika müttəfiqliyində bu nöqtədə təəccüblü bir şeyin olmadığını söyləyə bilər. Lakin bu məsələdə məntiq xislət yox, siyasi manevr idi. Unutmayaq ki, Amerikanın bu dəfəki hücumunda hədəf olaraq insan resursundakı nöqtə Ali Dini Liderdir. Demək 12 günlük müharibədə uranın söz mövzusu olması xalqın ümumi dəyərləri olduğu halda bu dəfə hədəf Ayətullah Xameneinin olması məsələni bir az da xüsusiləşdirir.

Belə ki, əgər Dini Lider 12 günlük müharibə zamanı olduğu kimi bu dəfə də müharibəni sığınacaqlardan izləməklə hadisəni diqqətdə saxlayacağı halda onu daxili etirazlara meydan edəcək siyasi təxribatın işə düşəcəyi şübhəsiz idi. Məkirli planlar ilk reaksiya olaraq ona ünvanlanacaq “sən hədəfdə ikən ortadan çəkilmən körpə uşaqların ölüm hökmü oldu” fikri ilə dini idarəçiliyin qəlbinə zərbə həqiqi İlahi liderin dini kimlik sistemini sarsıtmış olacaqdı.

Bundan sonra cəmiyyətdə dini idarəçilik haqqında olan şübhəli fikirlər Vilayəti Fəqih nəzəriyyəsində rəhbərin özünü müdafiə əsaslı olaraq xalqını ölümə verərək sağ qalma düşüncəsini ortaya atmaqla parçalanma maşını işə düşəcəkdi.

Bu nöqtədə Ali Dini Liderin yanaşımı və qərarları bütün bu planları alt-üst etdi. O, heç bir sığınacağı qəbul etmədi, ona ünvanlanan hədəfi elə onun öz iradəsi və mətanəti, inam və inancı ilə qarşılamağı qərarlaşdırdı.

 

Bu addım Ayətullah Xameneinin açıq döyüş meydanına çəkilmə planı ola bilrdimi?

Haqlı olaraq hər kəsdə bu sual da yarana bilər: bu elə Amerika və İsrailin planı deyildimi ki, Ayətullah Xamenei sığınacaqda deyil, açıq cəbhədə hədəf olsun?

Məsələ burasındadır ki, Dini Liderin çoxtərəfli suallara cavab verdiyi ofisində düşmənlə savaş taktikası nəticə etibari ilə təkcə xalqın yanında olan lider düşüncəsinə nöqtə qoymurdu. Burada Qərbin dünyaya diqtə etməyə çalışan dini dəyişikliyə cəhdi, diktator idarəçililiyi, xalqin dini rejimə qarşı olması kimi bir çox suallar cavablanmış olurdu. Bunları çox incə, səliqəli sıraladıqda Ayətullah Xameneinin çox mükəmməl, uzaqgörən və yerində atılan bu addımına valeh olmamaq olmur.

 

2-ci hissənin sonu