Azərbaycan Respublikasının prezidenti İlham Əliyev martın 4-də İran İslam Respublikasının Azərbaycandakı səfirliyində olub, İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və bir çox mülki şəxslərin həlak olması ilə əlaqədar başsağlığı verib.
İran İslam Respublikasının Azərbaycandakı səfiri Müctəba Dəmirçilu prezident İlham Əliyevi qarşılayıb.
Azərbaycan prezidenti matəm kitabına ürək sözlərini yazıb.
Sonra səfirlə söhbət baş tutub.
Prezident İlham Əliyev İrana səfərləri zamanı Ayətullah Seyid Əli Xamenei ilə görüşlərini həmişə ən xoş təəssüratlarla xatırlayacağını deyib.
Müctəba Dəmirçilu səfirliyə gələrək başsağlığı verdiyinə görə İlham Əliyevə minnətdarlığını bildirib.
İlham Əliyev Ayətullah Xameneinin həlak olması ilə bağlı İran səfirliyinə getdi