Livan mediası bazar günü axşamı İsrail rejiminə məxsus döyüş təyyarələrinin həyata keçirdiyi hava hücumunda dörd nəfərin öldüyünü bildirir.
Xəbərə görə, hücum birbaşa havadan həyata keçirilib və hadisədə dörd nəfər ölüb.
Bu arada, Livan mediası əvvəllər sərhəd xəttində yerləşən Hula şəhərində İsrailə məxsus pilotsuz təyyarənin düşdüyünü bildirmişdi.
Həmçinin bildirilib ki, İsrail əsgərləri Meys əl-Cəbəl bölgəsindəki "Mavi Xətt" kimi tanınan sərhəd xəttini keçərək təxminən 10 metr irəliləyib və qısa kəşfiyyat fəaliyyətindən sonra sərhəd xəttinin arxasına geri çəkiliblər.
Vurğulanıb ki, Livan ordusu, hökuməti və müqavimət qüvvələri atəşkəsə riayət etsələr də, sionist İsrail rejimi regional və beynəlxalq dairələrin hücumları dayandırmaq çağırışlarına məhəl qoymadan, demək olar ki, hər gün atəşkəsi pozmağa davam edir.
İsrail rejimi ilə Livan arasında atəşkəs müqaviləsi 27 noyabr 2024-cü ildə imzalanıb. Razılaşmaya əsasən, İsrail qüvvələri iki ay ərzində Cənubi Livandan geri çəkilməli idi. Lakin İsrail rejimi atəşkəs şərtlərini pozaraq müəyyən strateji nöqtələrdə mövcudluğunu qoruyub saxlayıb və Livana qarşı hücumlarını davam etdirib.
İsrailin Livana hava hücumları nəticəsində 4 mülki şəxs ölüb