Nigeriyada İmam Muhəmməd Baqir (ə) Hövzə Məktəbi açıldı

İmam Hüseyn (ə) Ziyarətgahının təşəbbüsü ilə Nigeriyanın Qani şəhərində İslami məktəbin açılışı baş tutub.

Sözügedən dini təhsil ocağı İmam Hüseyn (ə) Ziyarətgahına bağlı Əshabi-Kisa Beynəlxalq Mərkəzi tərəfindən qurulub.

Açılış mərasimi zamanı bildirilib ki, elm müəssisəsi İmam Hüseyn (ə) Ziyarətgahının tədris və mədəniyyət proqramları çərçivəsində fəaliyyət göstərəcək və bu məktəbin məqsədi Afrika ölkələrinin elm sahəsinə töhfə verməkdir.

Məktəb 5-ci İmama (ə) ehtiramən “İmam Məhəmməd Baqir (ə) Hövzə Məktəbi” olaraq adlandırılıb.

Qeyd edilib ki, adıçəkilən təhsil mərkəzin hədəfi İslam mədəniyyətini təşviq etmək və dini bilikli, elmli, mənəvi dəyərlərə bağlı bir nəsil yetişdirməkdir.

Məktəbin təcrübəli müəllimləri öz fəaliyyətlərini Həzrəti Muhəmməd peyğəmbər (s) və Onun pak Əhli-Beytinin (ə) mübarək baxışları, Onların əxlaqi və mənəvi təlimləri əsasında həyata keçirəcəklər.

Xatırladaq ki, Əshabi-Kisa Beynəlxaq Mərkəzi dünyanın müxtəlif ölkələrində təhsil və mədəniyyət layihələri ilə çıxış edir.