İmam Hüseyn (ə) Ziyarətgahının dəstəyilə beynəlxalq xəttatlıq müsabiqəsi keçirilib

İraqda İmam Hüseyn (ə) Ziyarətgahının Quran bölümünün dəstəyilə beynəlxalq xəttatlıq müsabiqəsi keçirilib.

İmam Hüseyn (ə) Ziyarətgahının Quran bölümü üçüncü “Varis əl-Ənbiyə” beynəlxalq xəttatlıq müsabiqəsinin nəticələrini elan edib.

Məlumata görə, yarışmada 11 ölkə təmsil olunub.

Bölmənin rəhbəri, şeyx doktor Xeyrəddin Əli əl-Hadi hərəmin rəsmi saytına açıqlamasında bildirib ki, builki müsabiqəyə ümumilikdə 190 əsər təqdim olunub. Onun sözlərinə görə, yarışma artıq “beynəlxalq səviyyədə nüfuzlu sənət platformasına” çevrilib və Hüseyniyyə hərəminin İslam incəsənətinə dəstəyinin bariz göstəricisidir.

Əl-Hadi vurğulayıb ki, münsiflərin işi tam obyektivlik prinsipləri əsasında aparılıb, bütün mərhələlər Quran bölməsinin birbaşa nəzarəti altında həyata keçirilib.

İndoneziya, İran, İraq və Misir təmsilçiləri mükafata layiq görülüblər.