SOCAR Türkiyədə işçi sayını azaltmaq üçün prosesə başlayıb
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyənin Əliağa bölgəsində yerləşən iki nəhəng sənaye müəssisəsi - Star Rafineri və Petkim - üzrə yeni işçi azaldılması proqramına start verib. Təkcə Star Rafineri Türkiyənin üçüncü ən böyük sənaye şirkəti, Petkim isə ölkənin yeganə petrokimya xammalı istehsalçısı kimi ümumilikdə təxminən 4 min əməkdaşı əhatə edir. Şirkət rəhbərliyi bu mərhələdə yalnız könüllü ayrılma prinsipinə əsaslanmaqla prosesin həyata keçirildiyini bildirib.
Petkim-in özəlləşdirilməsi və SOCAR-ın genişlənməsi
SOCAR tərəfindən açıqlanan proqrama əsasən, 10 dekabr 2025-ə qədər öz istəyilə işdən ayrılmağa razılıq verən həm mavi, həm də ağ yaxalı işçilərə əmək qanunvericiliyinə uyğun kəp məbləğində əmək stajına görə ödəniş (işdən çıxma haqqı), bildiriş müddəti üçün kompensasiya (işdən çıxarkən xəbər vermə) və 8 aylıq əlavə bonus təklif olunur. Şirkət bunun işçilər üçün sərfəli sosial paket olduğunu qeyd etsə də, sahə mənbələrinin məlumatına görə, yeni iş tapmağın çətinliyi səbəbindən proqram işçilər tərəfindən hələlik geniş maraq görmür. Bildirilir ki, bu günə qədər cəmi 20 nəfər könüllü olaraq işdən ayrılmağa razılıq verib.
Həmkarlar ittifaqının mövqeyi: “Məcburi ixtisara qarşıyıq”
Hər iki müəssisədə fəaliyyət göstərən Petrol-İş İttifaqının Əliağa Şöbə sədri Həsən Toptan açıqlamasında bildirib ki, könüllülüyə əsaslanan prosesə müdaxilə etmirlər, lakin mümkün məcburi ixtisarların qəti şəkildə əleyhinədirlər. Onun sözlərinə görə, SOCAR rəhbərliyi hədəflənən işçi sayı barədə həmkarlar ittifaqına heç bir məlumat təqdim etməyib. İşçilərin əsas narahatlığı isə bundan sonra şirkətin məcburi şəkildə işdən çıxarma addımı ata biləcəyi ehtimalıdır.
Star neft emalı zavodunun sənayedəki rolu
2018-ci ildə fəaliyyətə başlayan Star Rafineri Türkiyədə strateji əhəmiyyətə malik sənaye obyektlərindən biridir. Zavodun illik 12 milyon ton xam neft emalı gücü, 1,9 milyon kubmetr həcmində anbar sahəsi, 234 milyard türk lirəsini aşan illik satış dövriyyəsi var. Bu göstəricilər Star Rafinerini ölkənin üçüncü ən böyük sənaye qurumu statusuna yüksəldir. Müəssisə həm də Tüpraş üçün əsas rəqib hesab olunur.
Petkim-də maliyyə böhranı dərinləşir
Son illər ciddi iqtisadi çətinliklərlə üzləşən Petkim-də vəziyyət daha kritikdir. Şirkətin 15 istehsalat müəssisəsindən 7-si hazırda fəaliyyətini dayandırıb. 2025-ci ilin üçüncü rübü üzrə 4,7 milyard TL zərər, ümumi maliyyə borcu isə 51,1 milyard TL səviyyəsində açıqlanıb. Bir vaxtlar Türkiyənin petrokimya tələbatının 30 faizini təmin edən zavod hazırda cəmi 10 faiz tələbi ödəyə bilir.

Petkim-in dövlətə məxsus 51 faiz payı 30 may 2008-ci ildə SOCAR & Turcas konsorsiumuna 2 milyard 40 milyon ABŞ dolları müqabilində satılmışdı. Daha sonra Petkim-ə məxsus 1 300 dönümlük ərazi Star Rafinerisinin tikintisi üçün SOCAR-a ayrılmışdı. Bu addım SOCAR-ın Türkiyədə enerji və neft-kimya sektorundakı mövqeyini daha da gücləndirmişdi.
Hazırkı ixtisar proqramı isə həm müəssisələrin maliyyə yükünün azaldılması, həm də uzunmüddətli restrukturizasiya planlarının tərkib hissəsi kimi qiymətləndirilir.
SOCAR Türkiyədə kütləvi ixtisara start verdi: Ayrılana 8 aylıq bonus!