Samir Babayev azadlığa çıxıb

Samir Babayev dekabrın 2-də cəza çəkdiyi müəssisədən buraxılıb. O, Umbakı ciddi-qapalı həbsxanasından həbs dövrünü başa vuraraq haqq etdiyi azadlığa qovuşub.

Xatırladaq ki, 2022-ci il dekabrın 2-də saxlanılan MBH fəalı Samir Babayev barəsində narkotiklərlə bağlı ittiham irəli sürülmüşdü. 2023-cü il oktyabrın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsi onu ittiham üzrə günahkar bilərək 4 il müddətinə azadlıqdan məhrum etmişdi. 2024-cü il yanvarın 9-da Bakı Apellyasiya Məhkəməsi Babayevin şikayətini nəzərə alaraq cəzasını 4 ildən 3 ilə endirmişdi.

2025-ci il yanvarın 13-də o, 2 saylı cəzaçəkmə müəssisəsinə köçürülmüş, burada baş verən özbaşnalıqlara etiraz etdiyi üçün qısa müddət sonra məhkəmə qarşısına çıxarılmış və qalan cəza müddəti üçün ciddi-qapalı rejimə məhkum edilərək Umbakıya göndərilmişdi. Azadlığa da məhz bu müəssisədən buraxılıb.