AXCP-nin Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri Təzəxan Mirələmlinin evində DTX tərəfindən axtarış aparılıb.
Bu barədə Meydan TV-yə partiyanın mətbuat xidmətinin rəhbəri Natiq Ədilov məlumat verib.
Onun sözlərinə görə, axtarışdan sonra Təzəxan Mirələmliyə məxsus kompüter və telefon DTX əməkdaşları tərəfindən müsadirə edilib.
Məlumata görə, Mirələmli Əli Kərimlinin məhkəməsinə gedərkən saxlanılıb. Sonradan onun DTX-yə aparıldığı məlum olub.
Dekabrın 5-də AXCP sədri Əli Kərimlinin apellyasiya məhkəməsi keçirilib. Məhkəməyə gələn 20-dən çox fəalın, o cümlədən AXCP Təşkilat Şöbəsinin sədri Saqif Qurbanovun və partiyanın Binəqədi şöbəsinin sədri Ramid Nagiyevin saxlanıldığı bildirilir.
Təzəxan Mirələmlinin evində DTX tərəfindən axtarış aparılıb