Köln Əhlibeyt Məscidində Fatimeyi-Zəhranın (ə) şəhadət məclisi keçirilib

Almaniyanın Köln şəhərində yerləşən Əhli-Beyt (ə) Məscidində “İmamətin ilk şəhidi – Əyyami-Fatimiyyə” tədbiri keçirilib.

Mərasim məscid rəhbərliyi tərəfindən təşkil olunub.

Tədbirdə ruhanilər, icma nümayəndələri və möminlər iştirakı ediblər.

Məclisdə Berlin İmam Sadıq (ə) Məscidinin axundu Şeyx Kərim Uçar, Frankfurt Fatimeyi-Zəhra (s) Məscidinin axundu Şeyx Ələkbər Aşkın, Köln Əhli-Beyt (ə) Məscidinin axundu Mirbaqir Ağayev, İmam Mehdi (ə.f) Məscidinin axundu Şeyx Ruhullah Güneş, Gelsenkirchen Əhli-Beyt (ə) Məscidinin axundu Şeyx Əbdürrəhman Hacıyev çıxış ediblər.

Proqramda Əhli-Beyt (ə) məddahı Hacı Aydın Rza mərsiyələr oxuyub.

Tədbir çərçivəsində teatr səhnələri, şeir və sinəzən mərasimləri icra olunub.

Sonda isə ehsan süfrəsi təşkil edilib.