Keçmişin acı təcrübələrinin təkrarlanmasına imkan verməyin

Əfqanıstanlı tanınmış din alimi və ictimai xadimindən, Qafqaz bölgəsinin alimlərinə, mütəfəkkirlərinə və siyasətçilərinə çağırış
Bismillahir-Rəhmanir-Rəhim
Bu il noyabrın 3-dən 6-dək Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçirilməsi planlaşdırılan “Yəhudi xaxamların 70-ci Beynəlxalq Qurultayı” regiondakı müsəlmanlar arasında bu tədbirin siyasi və ictimai nəticələri ilə bağlı ciddi narahatlıqlar yaranmışdır. Qafqaz bölgəsi həssas və strateji əhəmiyyətə malik bir ərazidir. Onun təhlükəsizliyi və sabitliyi İslam ümmətinin gələcəyinə birbaşa təsir göstərir. Bu səbəbdən, Qafqaz xalqlarından, alimlərindən və ziyalılarından gözləntimiz budur ki, birlik, dərin düşüncə və ayıqlıqla bölgədə baş verən prosesləri izləsinlər və İslam ruhunu rəhbər turaraq xarici qüvvələrin hər cür siyasi manipulyasiyalarına qarşı ayıq-sayıq davransınlar.
Eyni zamanda, İslam dünyasının din alimlərinə, mütəfəkkirlərinə, siyasi liderlərinə müraciət edirik ki, bölgədəki bu prosesləri diqqətlə izləsinlər, hər hansı böhran və ya gərginliyin qarşısını almaq məqsədilə ortaq elmi, mədəni və diplomatik səyləri birləşdirərək əməkdaşlıq və həmrəylik yolu ilə fəaliyyət göstərsinlər.
Mən, Əfqanıstandan olan bir müsəlman kimi düşünürəm ki, Qafqaz bölgəsi böyük güclərin rəqabət meydanına və ya yeni bir humanitar böhranın mənbəyinə çevrilməməlidir.
Bu torpağın gələcəyi müsəlmanların birliyi, sülhü və insan ləyaqətinə hörmət prinsipləri üzərində qurulmalıdır.
İndi vaxtıdır ki, İslam ümməti həmrəylik və ayıqlıqla Qafqazda sülh və ədalət səsini ucaltsın, həmçinin keçmişin acı təcrübələrinin təkrarlanmasına imkan verməsin.
"Haqq yolu tutub gedənlərə salam olsun!"
Seyyid Nurəhməd Musəvi Mübariz - Əfqanıstan
17.10.2025