Gürcüstanda prezident binasına hücumla bağlı saxlanılanların sayı 62-yə çatıb

Gürcüstanda prezident binasına hücumla bağlı saxlanılanların sayı 62-yə çatıb

Tbilisidə prezident administrasiyasına hücum ilə bağlı saxlanılanların sayı 62-yə çatıb.

Gürcüstan KİV-inin verdiyi məlumata görə, bu barədə daxili işlər naziri Gela Geladze bildirib.

O, daha 16 nəfərin saxlanıldığını qeyd edib.

Onun sözlərinə görə, saxlanılanlar "polisə hücum", "strateji obyektlərin ələ keçirilməsi və ya bloklanması", "qrup zorakılığının təşkili, ona rəhbərlik və ya iştirak" və "Gürcüstanın konstitusiya quruluşunun zorakı yolla dəyişdirilməsinə və ya dövlət hakimiyyətinin devrilməsinə çağırışlar" maddələri ilə ittiham olunurlar.

Aksiya iştirakçıları oktyabrın 4-ü axşam bələdiyyə seçkiləri zamanı Gürcüstan Prezidentinin iqamətgahına girməyə çalışıblar. Toqquşmalar nəticəsində 25-ə yaxın polis əməkdaşı xəsarət alıb, onlardan 15-i xəstəxanaya yerləşdirilib.