Uruqvay millisinin və İspaniyanın "Real" klubunun yarımmüdafiəçisi Federiko Valverde ötən mövsüm meydanda ən çox vaxt keçirən futbolçu olub.
6000 dəqiqədən çox meydanda olan futbolçu rekorda imza atıb.
26 yaşlı yarımmüdafiəçi "Real"ın, həmçinin yığmanın heyətində 72 matçda oynayıb və 6116 dəqiqə meydanda olub.
Qeyd edək ki, siyahıda “Mançester Yunayted”in və Portuqaliya yığmasının yarımmüdafiəçisi Brunu Fernandeş (5796 dəqiqə) ikinci, “Milan”ın və Fransa yığmasının qapıçısı Mayk Menyan (5624 dəqiqə) üçüncü pillədə qərarlaşıb.
"Real"ın futbolçusu rekorda imza atıb