Gözləri Cəhənnəm əhlinə tərəf dönən zaman (isə) deyərlər: «Ey Rəbbimiz, bizi zalım qövmlə birgə qərar vermə !». ( Əraf surəsi 47 )
Əraf surəsinin 47-ci ayəsində çox dəqiq və düşünüləsi bir məsələyə işarə edilir.
Zalımlardan bəraət və bezarlıq. Bu, iman əhlinin şüarıdır. Cəhənnəm, zalımların məskənidir ! O qədər dəhşətli bir məkandır ki, ora tərəf sadəcə olaraq baxmaq belə qorxuludur.
Bugün mümkündür ki, zalımlar rahat gəzib-dolanır amma İlahi əzab onları mütləq əhatə edəcək və layiq olduqları cəhənnəmdə əbədi olaraq qalacaqlar !
Biz də bir müsəlman olaraq, Quranın göstərişinə əsasən, dövrün qaniçən zalımı, 20 mindən çox uşağı vəhşicəsinə qətlə yetirərək amansız soyqırım törədən, həmçinin beynəlxalq məhkəmə tərəfindən barəsində həbs qərarı çıxarılmış, qəsbkar israilin baş naziri Benyamin Netanyahunun ölkəmizə səfər etməsinə etiraz edirik !
Bu etiraz Quranın məntiqinə əsasən zalımlardan bezarlığın göstəricisidir. Uşaq qatilinin ölkəmizə səfər etməsi, o cümlədən, daim zülmə nifrət bəsləyən, dəyərli və qeyrətli xalqımıza qarşı atılmış bir addımdır.
Zülm edənlər tezliklə biləcəklər ki, necə bir dönüş yerinə qaytarılacaqlar. ( Şüəra surəsi 227. )
İlahiyyatçı Xanmirzə Hüseynov.
“Qəsbkar israilin baş naziri Benyamin Netanyahunun ölkəmizə səfər etməsinə etiraz edirik !”