Vəkillər: ''Görüntülər polislərin ilkin olaraq ziyarətçilərə hücum etdiyini göstərir''
Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsində sentyabrın 6-da hakim Yaşar Həşimovun sədrliyi ilə Gəncədə İmamzadə ziyarətgahında ziyarətçilərlə polis əməkdaşları arasında baş vermiş insidentlə bağlı həbs olunmuş şəxslərin məhkəmə prosesi keçirilib.
Hadisə keçən il Aşura mərasimi zamanı baş verib.
Proses təqsirləndirilən şəxs Firudin Zeynalovun hakimə etdiyi etiraza baxılması ilə başlayıb.
Dövlət ittihamçısı Aleksey Abbasov etirazın əsassız oıduğunu bildirsə də Firudin Zeynalov öz etirazını Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin müvafiq maddələri ilə əsaslandırdığını bildirdi.
Hakim Yaşar Həşimovun ona həbs olunduğu gün inzibati qaydada cərimə olunması haqqında əsassız və qərəzli qərar çıxartmasını, 3 dəfə isə əsassız olaraq heç bir sübut və şübhələr olmadan həbs qətimkan tədbiri seçilməsi haqqındakı qərarlarını, eləcə də indiyədək keçirilən məhkəmə proseslərindəki çoxsaylı vəsatətlərinin təmin olunmamasının hakimə etiraz olunması üçün əsas olduğunu bildirdi.
Firudin Zeynalovun müdafiəçisi Zabil Qəhrəmanov da etirazın haqlı və əsaslı olduğunu bildirdikdən sonra hakim müşavirə üçün qısa fasilə elan edib.
Müşavirədən sonra hakim etirazın təmin olunmadığını bildirib və prosesi davam etdirdi.
Daha sonra müdafiəçilərin tələbi əsasında təqsirləndirilən şəxslərlə birlikdə hadisə zamanı müşahidə kameralarının qeydə aldığı çəkilişlər izlənilib.
Həmin çəkilişlərdə ilk olaraq polis əməkdaşlarının ziyarətçilərə hücumu açıq görünməsi səbəbindən müdafiəçilər hakimdən cinayət işi materiallarında və məhkəmədəki ifədələrin həmin kadrlarla ziddiyətli olduğunu və həmin kadrlarda təqsirləndirilən şəxslərin heç bir görüntüsü əks olunmadığını bildirib, işə xitam verilməsini və təqsirləndirilən şəxslərə bəraət verilməsini tələb etdilər.
Hakim sübutlara sonda hüquqi qiymət veriləcəyini bildirib. O, növbəti məhkəmə prosesinin 14 sentyabrda davam etdiriləcəyini elan etdi.
Məhkəmə prosesləri 26 yanvar 2018 ci ildə başlayıb. Təqsirləndirilən şəxslərə Gəncə şəhər Prokurorluğu və Gəncə Baş Polis İdarəsi tərəfindən ARCM -nın 315.2 (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 221.3 maddələri (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq hərəkətlərinin törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) ilə cinayət işi başlanılıb.
315.2 maddəsinə görə üç ildən yeddi ilədək, 221,3 maddəsinə görə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulur.
Cinayət işi materiallarında 16-sı polis əməkdaşı olmaqla 18 zərərçəkmiş və 22-si polis əməkdaşı olmaqla 26 şahid qeyd olunub.
Məhkəmədə Gəncədə Aşura zamanı hadisələrin kamera çəkilişləri izlənilib

Oxşar xəbərlər