Çexiya paytaxtında hökumət əleyhinə mitinq olub, saxlanılanlar var

Çexiyanın paytaxtı Praqanın Vatslas meydanında qiymət artımına qarşı anti-hökumət mitinqi keçirilib.

Operativtv.com Report-a istinadən xəbər verir ki, bu barədə "idnes.cz" xəbər portalı məlumat yayıb.

Etirazçılar qiymət artımını və inflyasiyanı dayandırmağı tələb ediblər. Eyni zamanda Ukrayna böhranının sülh yolu ilə həllinə çağırışlar səsləndirilib.

Polisin məlumatına görə, mitinq zamanı 18 nəfər saxlanılıb.